Icma.az
close
up
RU
BAŞ PROKURORDAN MOSKVAYA XƏBƏRDARLIQ “Əgər Rusiya bunu təqdim etməzsə...”

BAŞ PROKURORDAN MOSKVAYA XƏBƏRDARLIQ “Əgər Rusiya bunu təqdim etməzsə...”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZAL-a məxsus Embraer 190 təyyarəsinin Aktau üzərində vurulması ilə bağlı Rusiya tərəfindən hələ də konkret informasiya təqdim olunmadığını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, o, bu barədə Ankarada keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Kamran Əliyevin sözlərinə görə, Bakı Rusiya Federasiyasının İstintaq Komitəsinə mütəmadi olaraq sorğular göndərir, lakin cavablar yalnız “ekspertizanın davam etdiyi və istintaqın hələ başa çatmadığı” formasında verilir: “Bizə hələ də hadisənin nəticələri ilə bağlı konkret nəticələr açıqlanmır. Onlar ekspertiza aparıldığını, istintaq hərəkətlərinin davam etdiyini bildirirlər. Amma biz özümüz ilkin mərhələdə yetərincə sübutlar toplamışıq”.

"Həm Azərbaycan, həm də Qazaxıstan tərəfi hadisənin detallarından tam agahdır və ilkin mərhələdə bütün əsas sübutlar toplanıb. Hazırda Bakı bu məsələdə Qazaxıstanla koordinasiyalı fəaliyyət göstərir. Biz həm hadisənin şəraiti, həm də texniki və hüquqi aspektləri barədə kifayət qədər məlumatlıyıq. Qazaxıstan tərəfi ilə hərəkətlərimizi uzlaşdırırıq”, – deyə Baş prokuror əlavə edib.

Baş prokuror bildirib ki, əgər Rusiya yaxın vaxtlarda hadisənin istintaqı üzrə konkret nəticələri və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını açıqlamazsa, Azərbaycan tərəfi beynəlxalq hüquq müstəvisində addımlar atmağa hazırdır: “Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Rusiya bu məsələdə konkret nəticələr təqdim etməzsə, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etmək hüququ var”.

Xatırladaq ki, bu ilin əvvəlində Aktau üzərində AZAL-ın sərnişin təyyarəsi vurulmuşdu. Hadisə ilə bağlı hələ də rəsmi şəkildə məsuliyyət daşıyan tərəf açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 İyul 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri