Baş Prokurorluğun nümayəndələri beynəlxalq forumda iştirak etdi Foto
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Aprelin 19-21-i tarixlərində Səmərqənd şəhərində Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının və BMT-nin NCMİ-nin birgə təşkilatçılığı ilə “Cəmiyyətin sağlamlığına va təhlükəsizliyinə yönəlmiş transmilli narkotik təhdidlərinə qarşı mübarizə”yə dair Beynalxalq Forum keçirilib.
“Qafqazinfo” xəbər verir ki, forumda Azərbaycanı Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov və Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev təmsil edib.
Tədbirdə çıxış edən Ceyhun Kazımov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün “Dövlət Proqramı”, habelə bu kateqoriya cinayətlərə qarşı mübarizə sahəsində Baş Prokurorluq tərəfindən görülən işlər, o cümlədən maariflənmə tədbirləri barədə ətraflı məlumat verib, bu sahədə məlumat mübadiləsinin operativ və tam şəkildə həyata keçirilməsinin cinayətkar şəbəkələrin ifşası və məsuliyyətə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb.
Forum çərçivəsində keçirilən müzakirələrdə iştirak edən Teymur Qarayev narkotik vasitələr və psixotrop maddələrin qlobal təhlükə xarakteri daşıdığını, bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, kompleks yanaşma və aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Aprel 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















