Icma.az
close
up
RU
Baş Prokurorluq jurnalistlər üçün treninq təşkil edib

Baş Prokurorluq jurnalistlər üçün treninq təşkil edib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 may, AZƏRTAC

İnformasiya texnologiyalarının sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanları, media subyektləri və vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir. Bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, növbəti treninq mayın 6-da Baş Prokurorluğun mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsində cinayət təqibi ilə media institutlarının qarşılıqlı əlaqələri” mövzusunda təşkil olunub.

Tədbirdə televiziya kanallarının, informasiya agentliklərinin, xəbər saytlarının və müxtəlif qəzetlərin əməkdaşları, eləcə də hüquq təhsili alan tələbələr iştirak ediblər.

Treninq brifinq, dəyirmi masa və təqdimat şəklində təşkil olunub, media və prokurorluq orqanları arasında qarşılıqlı əlaqənin müxtəlif aspektlərini əhatə edib. Təqsirsizlik prezumpsiyasının mediada qorunmasının əhəmiyyəti, bu prinsipin pozulmasının hüquqi və sosial fəsadları, həmçinin ictimaiyyətin obyektiv məlumatlandırılmasının vacibliyi vurğulanıb. Prokurorluq əməkdaşları və media nümayəndələri arasında effektiv informasiya mübadiləsinin hüquqi əsasları və etik çərçivəsi geniş müzakirə olunub.

Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “Jurnalistlər üçün hüquqi terminlər lüğəti” adlı nəşrin təqdimatı da keçirilib. Kitab jurnalistlərin hüquqi mövzularda daha dəqiq və anlaşıqlı məlumat verməsinə kömək etmək məqsədi daşıyır.

“Sosial media və media savadlılığı” mövzusunda keçirilən sessiyalarda rəsmi məlumatların hazırlanması, yayım standartları və ictimai maraq doğuran məsələlərin dəqiqliklə çatdırılması ilə bağlı praktiki tövsiyələr verilib.

Sonda iştirakçılar Baş Prokurorluğun inzibati binalar kompleksi ilə tanış olublar.

Qeyd edək ki, treninq prokurorluq orqanlarında şəffaflığın və ictimaiyyətlə açıq ünsiyyətin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsi kimi təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri