Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq İlqar Səfərov
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əgər Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilibsə, onlara qarşı zorakılıq tətbiq olunubsa, Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq".
"Unikal" xəbər verir ki, bunu Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.
O deyib ki, Rusiya hüquq-mühafizə orqanlarının hələlik rəsmi mövqeyini görə bilməyiblər:
“Əksinə Rusiya mətbuatında ölüm hallarının xəstəliklə əlaqələndirilməsini görürük. Amma biz Azərbaycanda nəşləri ekspertiza etdikdə gördük ki, onların ölümünü təbii adlandıra bilmərik. Hesab edirik ki, Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı rəyi fərqli olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















