Icma.az
close
up
RU
Baş Prokurorluq tərəfindən Qəbələdə regional konfrans keçirilib FOTO

Baş Prokurorluq tərəfindən Qəbələdə regional konfrans keçirilib FOTO

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar, prokurorluq orqanları tərəfindən genişmiqyaslı tədbirlərin davamı olaraq, mayın 27-də Qəbələ şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda regional konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə 12 regionun prokurorluq orqanlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və qeyri-hökumət təşkilatları, media qurumları, təhsil müəssisələri və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi zamanı Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq və əməliyyat-axtarış fəaliyyətində qanunlara nəzarət idarəsinin rəisi Mahir Abbasov milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli suverenliyin möhkəmləndirilməsi və hüquqi təminatların gücləndirilməsi istiqamətində əldə olunan böyük nailiyyətləri və bu sahədə dövlət siyasətinin davamlı inkişafını xüsusi vurğulayıb.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayon səviyyəsində hüquqi maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib. O, regional təşəbbüslərin vətəndaşların hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını bildirərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın konstitusiya quruculuğundakı əvəzsiz rolunu xüsusi vurğulayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev çıxışında milli suverenliyin hüquqi əsaslarının möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının funksional roluna diqqət çəkib. O bildirib ki, ictimai asayişin təmin olunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin qorunması dövlətin suveren hüquqlarının həyata keçirilməsi üçün əsas şərtlərdir.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi - Mətbuat katibi Anar Eyvazov Azərbaycanın dövlət suverenliyinin qorunmasında xalqımızın fədakarlıqlarını vurğulayıb. O, Azərbaycan Ordusunun formalaşması və müasir silahlı qüvvələrin yaradılmasının milli maraqların təminatında həlledici rol oynadığını qeyd edib. Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının dövrün tələblərinə uyğun inkişaf etdirildiyini, dövlət-ordu-xalq birliyinin gücləndirilməsinin vacibliyini bildirib. Həmçinin, dezinformasiyalara qarşı mübarizədə effektiv kommunikasiyanın və rəsmi məlumatların ictimailəşdirilməsinin önəmini vurğulayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında cəmiyyətdə hüquqi şüurun formalaşdırılması, dövlət orqanlarının fəaliyyətinə inamın gücləndirilməsi və milli suverenliyin dayanıqlı şəkildə qorunması üçün hüquqi informasiyanın düzgün və vaxtında çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə prokurorluğun media ilə əlaqələrinin möhkəmləndirilməsi prioritetdir.

Mətbuat Şurasının icraçı katibinin müavini Fəridə Ağazadə medianın hüquqi maarifləndirmədə və ictimai nəzarətin formalaşmasında mühüm rol oynadığını bildirib, jurnalistlərin hüquqi biliklərinin artırılması və onların fəaliyyətinin hüquqi müstəvidə qorunmasının vacibliyini qeyd edib.

Qəbələ Rayon Ağsaqqallar Şurasının üzvü Telman Abdulxalıqov isə milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin hüquqi və vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində dövlət qurumları ilə ictimai təşkilatlar arasında əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin tətbiqi və hüquqi maarifləndirmə strategiyalarının təkmilləşdirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.

Konfransın sonunda “Suverenlik və hüquqi təminatlar” mövzusunda sənədli film nümayiş olunub və iştirakçılarla xatirə fotoşəkili çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri