Icma.az
close
up
RU
Baş Prokurorluq xarici tərəfdaşlarla sıx əlaqədədir Yeni Gündəm

Baş Prokurorluq xarici tərəfdaşlarla sıx əlaqədədir Yeni Gündəm

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 25-də Aktau şəhərinin yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 tipli təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Baş prokuror Kamran Əliyev hadisə baş verdiyi gündən etibarən Qazaxıstanın Baş prokuroru Berik Asılov, Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, eləcə də Braziliyanın Baş prokuroru Paulo Qonet ilə intensiv təmasda olub.

Habelə, hadisənin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan peşəkar müstəntiq və mütəxəssislərin iştirakı ilə hadisə yerində genişmiqyaslı istintaq hərəkətləri həyata keçirilib.

Qazaxıstanlı həmkarı Berik Asılovla müzakirələr zamanı Kamran Əliyev baş vermiş hadisəyə dair toplanmış sübutlara düzgün hüquqi qiymətin verilməsi ilə bağlı fikir mübadiləsi aparıb, hadisə yerinin müayinəsi, iş üzrə ilkin sübutların toplanması və əhəmiyyət kəsb edən digər halların araşdırılması, birgə zəruri istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi, eləcə də, hadisənin təfərrüatlarının tam müəyyən olunması üçün göstərilən hərtərfli dəstəyə görə təşəkkürünü bildirib.

Rusiyanın Baş prokuroru İqor Krasnovla apardığı danışıq zamanı Baş prokuror Qroznı şəhərinə ezam olunmuş Azərbaycan prokurorluğunun əməkdaşlarına rusiyalı həmkarları tərəfindən lazımi dəstək göstərildiyini qeyd edərək cinayət işinin istintaqının aparılmasında səmərəli əməkdaşlığın və iş üzrə hər iki tərəfin topladığı sübutların mübadiləsinin zəruriliyini vurğulayıb.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrık Baş prokuror Kamran Əliyevə zəng edərək Rusiyada araşdırılan cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması məqsədilə peşəkar müstəntiq və kriminalistlərdən ibarət istintaq qrupunun yaradıldığını, təyyarənin qəzaya uğramasının kənar müdaxilə nəticəsində baş verməsi daxil olmaqla, hadisənin səbəb və şəraitinin hərtərəfli araşdırıldığını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi barədə məlumat verib.

İstintaqın gedişatı barədə Baş Prokurorluq tərəfindən ictimaiyyətə mütəmadi məlumat veriləcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 30 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri