Icma.az
close
up
RU
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Mayın 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Müşavirədə çıxış edən Baş prokuror 2025-ci ilin 4 ayı ərzində prokurorluq orqanlarının fəaliyyəti və görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrə dair bir sıra tapşırıqlar verib.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu və banisi olduğu müasir Azərbaycanda Prezident cənab İlham Əliyevin çağdaş dövrün çağırışlarına uyğun islahatlar həyata keçirməsi hüquq sahəsində də müasirləşməni təmin edib və bu islahatlar prokurorluq orqanlarının fəaliyyətinə müsbət təsirini göstərib, xidməti fəaliyyətdə keyfiyyət və səmərəlilik nəzərəçarpacaq dərəcədə yüksəlib. Lakin, əldə edilmiş nailiyyətlərə kifayətlənilməməli, mövcud vəziyyət təhlil edilməklə, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək fəaliyyətin daha da səmərəli olması üçün tədbirlərin icrası davam etdirilməlidir.

Çıxış zamanı həmçinin qeyd olunub ki, prokurorluq orqanları tərəfindən dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizə bundan sonra da gücləndirilməli, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahəsində və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət davam etdirilməlidir.

Baş prokuror prokurorluğun qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə, o cümlədən prosessual rəhbərlik və prosessual nəzarət, ibtidai araşdırmanın keyfiyyətinin və tezliyinin artırılması, qətimkan tədbirlərinin seçilməsi, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması sahəsində işin səmərəliliyinin artırılması istiqamətində konkret göstərişlər verib.

Bundan başqa Baş prokuror əhalinin hüquqi biliyinin artırılması istiqamətində konkret sahələr üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin, ali təhsil müəssisələrinin hüquq fakültələri ilə gənc hüquqşünaslarının yetişdirilməsi işində yaxından əməkdaşlıq edilməklə tədris prosesində prokurorluq əməkdaşlarının iştirakının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Çıxış zamanı həmçinin ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinin beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb və prokurorluq əməkdaşları tərəfindən xarici ölkələrdə təlim-tanışlıq tədbirlərində iştirak etməklə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin təmin edilməsinin vacibliyi qeyd olunub.

Baş prokuror tərəfindən “Elektron Prokurorluq” informasiya sisteminin bütün prokurorluq orqanlarında tətbiq olunduğu, bu sistemin həmçinin cinayət-prosessual fəaliyyətin rəqəmsal müstəviyə keçməsinə imkan verdiyi bildirilməklə müasir çağırışlara uyğun olaraq sistemin daim təkmilləşdirilməsi və mümkün fəaliyyət istiqamətləri üzrə süni intellektin tətbiq edilməsi imkanlarının nəzərdən keçirilməsi ilə bağlı göstərişlər verilib.

Müşavirə zamanı həmçinin xidməti fəaliyyətin konkret sahələri üzrə yol verilmiş nöqsanlar səsləndirilməklə onların aradan qaldırılması istiqamətində görülməli işlər, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılıb.

Yekunda Baş prokuror prokurorluq əməkdaşlarının bundan sonra da Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə üzərlərinə düşən vəzifələri layiqincə icra edəcəklərinə, vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsi, cinayət təqibi və cinayət təqibindən kənar icraatın həyata keçirilməsində qanunların icrasına nəzarətin ən yüksək səviyyədə həyata keçirəcəklərinə əminliyini ifadə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri