Icma.az
close
up
RU
Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Baş Prokurorluqda “Zəfər Günü” münasibətilə tədbir keçirilib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra Baş Prokurorluğun inzibati binasında Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub və “8 noyabr Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirildikdən sonra, Baş prokuror Kamran Əliyev çıxış edib.

Prokurorluq əməkdaşlarını və xalqımızı “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik edən Baş prokuror tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən bəhs edib.

Qeyd edilib ki, Ulu öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə sahib, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və “44 günlük Vətən müharibəsi” nəticəsində işğal altında olmuş torpaqlarımızın böyük hissəsi azad edilməklə yanaşı Ermənistan Respublikasının məğlub tərəf qismində Üç tərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb.

Ermənistan Respublikasının təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilib.

Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.

Eyni zamanda Baş prokuror “44 günlük Vətən müharibəsi” və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının “I Qarabağ” və “44 günülük Vətən” müharibələri zamanı bilavasitə döyüşlərdə iştirak etməsini, hətta şəhid prokurorluq əməkdaşlarının olduğunu, habelə “44 günlük Vətən” müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə həmçinin, Prokurorluğun veteranı - Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı – Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı çıxış edib.

Sonda isə “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 07 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri