Icma.az
close
up
RU
Baş prokurorun Sinqapur Respublikasına səfəri başa çatıb

Baş prokurorun Sinqapur Respublikasına səfəri başa çatıb

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdə olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, tədbirdə Baş prokurora ötən il Bakıda Baş Prokurorluğun təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmiş Assosiasiyanın 29-cu Ümumi Yığıncağının uğurlu təşkilinə görə təltifnamə təqdim olunub. Bununla əlaqədar çıxış edən Baş prokuror qeyd edib ki, bu mükafat ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisi olmaqla yanaşı, Azərbaycan Prokurorluğunun qlobal miqyasda səmərəli fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.

Bildirilir ki, konfrans zamanı, həmçinin “İqtisadi cinayətlər və aktivlərin bərpası üzrə ixtisaslaşmış şəbəkə” adlı sessiya təşkil olunmuşdur. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi İsfəndiyar Hacıyevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov “İqtisadi cinayətlərin araşdırılmasında və aktivlərin qaytarılmasında texnologiya əsaslı yanaşmalar – Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək, ölkəmizdə maliyyə cinayətlərinin istintaqı, aktivlərin qaytarılması, süni intellekt və müasir texnologiyaların tətbiqi sahəsində əldə edilmiş təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Tədbir çərçivəsində Baş prokuror Böyük Britaniyanın Kral Prokurorluğu Xidmətinin rəhbəri, Səudiyyə Ərəbistanı Krallığı, İsveç Krallığı və Litva Respublikasının Baş prokurorları, eləcə də Malayziya və Braziliya Federativ Respublikasının Baş prokurorlarının müavinləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, tərəflər beynəlxalq cinayətkarlığa qarşı mübarizədə qarşılıqlı etimada əsaslanan birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarını da müzakirə ediblər. 

Bununla yanaşı, qarşılıqlı maraq doğuran bəzi konket cinayət işlərinin istintaqı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi baş tutub.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edib.

Nurəngiz Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri