Baş qərargah rəisi öldürüldü Liviya ordusu əməliyyat keçirdi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Liviyanın Milli Razılıq Hökumətinin (UMH) Müdafiə Nazirliyi ölkənin paytaxtı Tripolidə hərbi əməliyyat keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna baş qərargah rəisi Abdelqani əl-Kiklinin öldürülməsi səbəb olub.
Belə ki, şəhərə hərbi texnika gətirilib, bir neçə rayonda elektrik enerjisi kəsilib, beynəlxalq hava limanı müvəqqəti bağlanıb. BMT ciddi narahatlığını bildirib və qarşıdurmaların dayandırılmasını tələb edib.
Liviya Ordusunun yaydığı bəyanatda strateji əhəmiyyətli Əbu Səlim bölgəsində “təhlükəsizlik və sabitliyin təmin edilməsi planının tam icrasından” bəhs edilib. Müdafiə Nazirliyi öz bölmələrinə bölgədəki bütün əməliyyatları dayandırmaq barədə göstəriş verib. Əməliyyatın məqsədi, təfərrüatları və orada iştirak edən qüvvələrin tərkibi açıqlanmayıb.
Qeyd edək ki, Tripolidə qarşıdurmalar mayın 12-də axşam saatlarında başlayıb. Yerli mənbələrin məlumatına görə, 444-cü briqadanın döyüşçüləri ilə təhlükəsizlik aparatının qüvvələri arasında döyüşlər başlayıb.
İlkin məlumata görə, Abdelqani əl-Kikli 444-cü briqada qərargahının ərazisində öldürülüb. Təhlükəsizlik mənbələri ehtimal edir ki, o, güllələndiyi qərargahda “toplantıya cəlb edilmişdi”. Baş qərargah rəisinin ölümü şəhərdə kəskin eskalasiyaya və atışmalara səbəb olub.
Küçədəki qarşıdurmalar zamanı azı 6 nəfər yaralanıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 May 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















