Icma.az
close
up
RU
Baş Qərvəndin işğalına 5 gün qalmış: İşğalçı Vaaqn Vardevanyan səni də unutmayacağıq...

Baş Qərvəndin işğalına 5 gün qalmış: İşğalçı Vaaqn Vardevanyan səni də unutmayacağıq...

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün təsadüfən erməni mediasında bir xəbər diqqətimi cəlb etdi: Yazıblar ki, Qarabağın 1-ci dərəcəli “Döyüş Xaç” ordenləri ilə təltif edilən və qondarma respublikasının prezidenti Arkadi Qukasyanın 8 may 2006-cı il tarixli fərmanı ilə ölümündən sonra uydurma respublikanın ən yüksək s“Artsax Qəhrəmanı” adına və “ Qızıl Eagle ” ordeninə , layiq görülən Vaaqn Vardevanyan cəhənnəmə vasil olduğu gündür. Deməli, ordumuzun igidləri bu terrorçunu 21 aprel 1994-cu ildə öldürüblər.

Erməni zabitinin ölüm tarix məni bəzi şeyləri yada salmağa məcbur edirdi. Bu həmin vaxt idi ki, kəndimizin Ağdamdan girəcək hissəsində olan Cəvahirli kəndi işğal olunmuşdu. Ümimuyyətlə Ağdam tamamilə işğal olunmuş, Ətyeməzli, Göytəpə, Cəvahirlidə düşmən işğalındaydı. Buna baxmayara kəndimizdən çox az adam evini qoyub getmişdi. Əhalinin çoxu yerindəydi. Kəndimizin arxa tərəfi Xaçın çayı boyunca , üzüyuxarı bütün kəndlərdə bu murdarların tapdağı altındaydı. Aprel ayının əvvəlindən başlayaraq düşmən hərtərəfli hücumlarını genişləndirdi. 16 apreldə isə Bərdə tərəfdən Ağdam torpağına giriş də ermənilərin əlinə keçdi. Güllücə, Nəmirli, Şotlanlı və s. kəndlər işğal olundu. Baş Qərvənd kəndi , bir də darmadağın olmuş müdafiə batalyonlarının Baş Qərvəndli olan oğulları əllərində silah təm təkə qalmışdı blokadada. Kənd intensiv şəkildə bombalanırdı.

Tək bir yol qalmışdı, Qərvəndin tam ortasından Mirəşelli, Xındırıstan yolu ilə camaatı erməni əsirliyindən xilas etmək. Artıq qurtuluşun olmadığı görən çarəsiz camaat mal-qarasını qabağına qatıb, kəndi tərk edirdi. Kimin avtomobili vardısa bir az yük götürmək imkanı oldu, amma evlərin hamısı demək olar ki, dolu idi. 24 apreldə atam öz Kamazı ilə bizi kənddən çıxarıb Xındırıstaninzibati ərazisində Yüzbaşlı kəndinə-qohumlarımız gilə gətirdi. Həmin vaxt Nəcməddin Sadıqovun əmrində olan Azərbaycan ordusu, Yüzbaşlıdakı Qobu deyilən ərazidə düşərgə salıb dincəlirdi. Sanki, cəmi 20- 15 km aralıda insanların fəryadı, mal-heyvanın böyürtüsü, kəndi üzük qaşı kimi mühasirəyə almış erməni ordusunun zəhmi, raketləri, topları, tankları onların umrunda deyildi. Həmin gün əsir düşənlərimiz də oldu, raketlərin  atəşində parça-tikə olanlarımız da...  

O böyük Baş Qərvənd və Şıxlar kəndini başda kəndimizin oğlu komandir Cəfər,  (əsl adı Yavər İmamalıyev) və birdə onun başına yığılıb silaha sarılan oğullar qorudu.
Bilmirəm düz düşünürəm, səhv düşünürəm... Amma 1994-cü ilin aprel ayında öldürülən düşmən əsgəri ilə bağlı məlumat oxuyanda mənə elə gəlir ki, o mənim kəndimi işğal etmək üçün gəlirkən cəhənnəmə vasil olub. Bax bu, Vaaqn Vardevanyan kimi...
1966-cı il dekabrın 27-də İrəvanda anadan olan işğalçı Vaaqn Vardevanyan 1989-cu ildə Politexnik İnstitutunu (indiki İrəvan Dövlət Texniki Universiteti) bitirib. 1989-cu ildən bəri daim artan hərbi əməliyyatlarda iştirak edib. Allah bilir əli neçə igidimizin qanına batıb. 1993-cü ildən Ermənistan ordusunda baş leytenant, erməni terrorçularından ibarət könüllü hücum dəstəsinin komandiri olub. Erməni mediası bu terrorçunu elə öyə-öyə yazır ki, sanki işğalçı yox, sülh göyərçinidir:"1994-cü il aprelin 21-nə keçən gecə o, öz dəstəsinin 38 üzvü ilə birlikdə Martakert rayonunun Karmiravan(Qızıloba) kəndi yaxınlığında mövqe tutdu . Dəstə özünü mühasirəyə almaq təhlükəsi ilə üz-üzə qoyur. Vardevanyan və onun dəstəsindən olan digər 13 azadlıq döyüşçüsü digərlərinə geri çəkilmək əmri verərək atəşi kəsmək məsuliyyətini öz üzərlərinə götürürlər.
Mühasirəyə alınmış dəstədən 13 azadlıq döyüşçüsü həlak olduqdan sonra da yaralı komandir güllələr bitənə qədər təkbaşına döyüşməyə davam edir. Düşmənin təslim olmaq təklifini rədd edərək, özünü partladıb və qumbaraatanla yaxınlaşan 4 düşmən əsgərini öldürüb".
Yalanla nəfəs alan bu dələduzların yazdığı məqalənin, faktın nə qədər gerçək olub-olmadığını bilmirəm. Amma mənim üçün yeganə fakt odur ki, o mənim kəndimin işğalına bir neçə gün qalmış ölüb.

Demək, kəndimizə raket yağdıranlardan da biri bu Vaaqn Vardevanyan olub. İrəvandakı Yerablur panteonunda quylanan bu terrorçunun çürümüş cəmdəyini, 31 il əvvəl pərişan, kədərli, təşvişli, həyəcanlı , necə deyərlər, "başı lovlu" doğma evini, elini atıb istəmədən qaçmağa məcbur qalmış camaatım adından lənətləyirəm.
Səni də unutmayacağıq, Vaaqn Vardevanyan, həmişə lənətlə anılacaqsan...

 Əntiqə Rəşid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Aprel 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri