Icma.az
close
up
RU
Baş redaktor Alqış Musayevə cavab verdi: Məhkəməyə versinlər!

Baş redaktor Alqış Musayevə cavab verdi: Məhkəməyə versinlər!

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda ittiham edib.

"Yeni Sabah" modern.az-a istinadla xəbər verir ki, Musayev sosial şəbəkədəki paylaşımında “Azərbaycan” qəzetinin redaksiyası Ümummilli lider Heydər Əliyevin təyyarədə çəkilmiş fotosunu dəyişdirdiyini bildirib.

Onun sözlərinə görə, bu gün çap olunan “Azərbaycan” qəzetinin 10 000-ci sayında dərc edilən foto orijinal deyil:

“Təəssüf ki, "Azərbaycan" qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu öndərimizin "Yeni Azərbaycan" qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.

Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür .

Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharbə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir.

Faktı təhrif etmək, dəyişmək isə hüquqqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”,-o deyib.

A.Musayev "niyə məhkəməyə verib müəlliflik hüququnuzu tanıtmırsınız" sualına "onu da edərik" deyə cavab verib.

Alqış Musayevin iddiası ilə bağlı “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovla bildirib ki, "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunan fotonu Ümumilli lider Heydər Əliyevin fotoqrafı çəkib:

“Azərbaycan” qəzetinin 10000-ci sayının çıxmasına sevinən də var, sevinməyən də. Mən bunu normal və təbii qəbul edirəm. “Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir. Qəzetimizdə dərc olunan fotolar üç mənbədən əldə olunur: öz fotoqrafımızın çəkdiyi fotolar, AZƏRTAC-ın xətti ilə göndərilən fotolar və arada Ulu öndər Heydər Əliyevin fotoqrafı Rafiq Bağırovdan alınan fotolar. Bəhs olunan bu foto da Ulu öndərimizin sağlığında çəkilmiş şəkildir. Fotoda onun təyyarədə olduğu və qarşısındakı qəzetlərə bir-bir baxdığı görülür. Bu fotonu biz dəfələrlə  dərc etmişik”.

B.Sadıqov Alqış Musayevin hər dəfə bu foto dərc olunanda onun saxta olması ilə bağlı iddia qaldırdığını vurğulayıb:

“Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər.

“Azərbaycan” qəzeti olaraq biz heç vaxt rəsmi kanalla bizə gələn fotolardan şübhələnib ekspertizaya vermirik. Ona görə də, təklif edirəm ki, bunu hüquqi müstəvidə həll etsinlər”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri