Icma.az
close
up
RU
Baş redaktordan qəzerlərin bağlanmasına ETİRAZ

Baş redaktordan qəzerlərin bağlanmasına ETİRAZ

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir yandan ana dilimizi – milli kimliyimizi qorumaq istəyirik, bir yandan da qəzetləri bağlamaq istəyirik. Hər şey bir yana, təkcə elə ədəbi dilin cilalanmasında qəzetin rolu danılmaz və əvəzsizdir. Qəzet düşüncə gündəminin ədəbiyyatıdır. Yunq isə deyirdi: “Düşünmək zəhmətdir, ona görə çox adam sürüyə qoşulmağa meyllənir”.

Tribuna-nın xəbərinə görə, bu fikirlərlə çap mediasının bağlanmasına etirazını bildirən jurnalist, yazıçı-publisist, “bizimyol.info” saytının təsisçisi və baş direktoru Bahəddin Həzi çıxış edib.

O bildirib ki, elə qəzetlər var, bəli, hətta çoxdan bağlanmalı idi:

“Xeyir verməyi bir yana, zərər verir. Ancaq qəzetçiliyi ləğv etmək doğru deyil. Bu, sadəcə, ənənə deyil, sadəcə, tarix salnaməçiliyi-filan da deyil, bu, sorğulama, araşdırma vərdişləridir, ictimai miqyasın özünəxas düşüncə laboratoriyasıdır.

Yaşama haqqı olmayan qəzetlərin bağlanmasına qarşı deyiləm, ancaq haqqı olanın yaşamasına da əngəl olmamalıyıq. Ümumiyyətlə, qəzet istəmiriksə, o başqa. Amma qəzet istəyiriksə, onu da əsl qəzet kimi yaşatmaq lazımdır. Qapatmağa nə var ki! Mən qapatmışam, məsələn. Təbii ki, yaşatmağa resursum çatmadığı üçün qapatmağa məcbur qaldım. Ancaq qəzetdən ötrü hər an darıxıram. İmkanım olsa, günü sabah peşəkarları bir araya toplayıb, qəzeti yaşadaram. Həm də bizim nəsil qəzeti bilir, əsl qəzet nədir, onu da bilir.

Deyirlər, qəzet oxuyan yoxdur. Xeyr, yəqin ki, oxumaq istəyənin qəzeti yoxdur. Bir sözlə, ölkəyə, millətə qəzet lazımdır. Amma lazımsız qəzet yox…”.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri