Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Başa çatmaqda olan ilə ümumi baxış: 2024cü ilə damğa vuran siyasi hadisələr Deputatlar şərh etdilər

Başa çatmaqda olan ilə ümumi baxış: 2024cü ilə damğa vuran siyasi hadisələr Deputatlar şərh etdilər

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

2025-ci ilə sayılı günlər qalıb. 2024-cü il tarixdə öz izini qoyan mühüm hadisələrlə yadda qaldı. Azərbaycanın daxili siyasətində və beynəlxalq arenada baş verən əsas hadisələr 2024-cü ilə damğa vurdu. 2024-cü ilin mühüm hadisələrini deputatlar şərh etdilər.

Moderator.az danışan Milli Məclisin deputatı Azər Badamov bildirir ki, 2024-cü il ölkəmizin tarixinə nailiyyətlərlə dolu uğurlu bir il kimi yazılaraq  başa çatmaq üzrədir:

  “Qonşu ölkələrdə ictimai-siyasi narahtlıqlar, müharibələr davam etdiyi halda ölkəmiz sabitlik adası olduğunu təsdiq etdi. Belə ki, fevral ayında keçirlmiş prezident seçkiləri və sentyabrda baş tutan parlament seçkiləri ilk dəfə olaraq suverən ərazilərimizin hər bir guşəsində keçirldi. Keçmiş məcburi köçkünlər  30 ildən sonra ilk dəfə olaraq öz doğma yurdlarında siyasi proseslərdə iştirak edərək öz seçimlərini etdilər.  2024-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 30 illiyi tamam oldu. Bu 30 ildə Ümummili Lider Heydər Əliyevin neft strategiyası Azərbaycana inkişaf, rifah və qələbə gətirdi. Həm də 30 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. 2024-cü ildə ölkəmizin bələdiyyə insititutunda islahatlar aparılaraq bələdiyyələrin sayı 2,5 dəfə azaldıldı. O cümlədən 2025-ci ilin yanvar ayına bələdiyyə seçkiləri təyin olundu”.

Azər Badamov  qeyd edir ki, 2024 cü ildə Azərbaycanın iqtisadi uğurları davamlı oldu:

“Belə ki, ölkənin valyuta ehtiyatları artaraq 72 milyard dollara çatdı, xarici dövlət borcumuz minimuma enərək ÜDM-in 7,3% düşdü, iqtisadi artm 4,1% olmaqla dünaya iqtisadiyyatının orta iqtisadi artmından yuxarı oldu.  2024-cü ildə həyata keçirlməsi nıəzərdə tutulan bütün  dövlət proqramları icra olundu. 2025-cü il üçün müstəqillik dövrümüzün ən çox maliyyə tutumlu dövlət büdcəsi qəbul olundu.  İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesi sürətlə davam etdirldi. Yenidən qurulmuş yaşayış məntəqələrimizə qayıdan keçmiş məcburi köçkünlərin sayı 10 min nəfərə çatdı. 

 Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Belə ki, Azərbaycan noyabr ayında COP29 beynəxalq iqlim konfransına ev sahibliyi etdi. Ölkəmizə 80-ə yaxın ölkədən dövlət və hökumət rəhbərləri, 76 min qonaq gələrək COP29 tədbirlərində iştirak etdi. Halbuki, Qərb COP 29-un baş tutmaması üçün əlindən gələni etdi. Amma Azərbaycanın beynəlxalq nüfuzu və beynəxalq tədbirlərin keçirlməsi təcrübəsi  bütün təzyiqləri arxada qoyaraq bu tədbirin uğurla keçməsinə yol açdı. 

 2024-cü il Azərbaycanla Ermənistan arasında gözləntiləri olan sülh müqaviləsi təəssüf ki, imzalanmadı.  Bu məslənin baş tutmamasının səbəbi Ermənistanın manipulyasiya etməsi, öz üzərinə götürən öhdləiklərin icra etməməməsi və Sülh müqaviləsi imzalamamaq üçün Azərbaycanın haqlı tələblərini icra etməməsi dayandı.  Amma  2024-cü ildə ordumuz daha da gücləndi və suverən ərazilərimizin təhlükəsizliyinin daha da etibarlı qorunması təşkil olundu. 

 Beləliklə 2024-cü ili nailiyyələrlə dolu bir il kimi yola salırıq və bu ildə qazanılmış uğurlarla yeni ilə qədəmlərimizi qoyuruq.  2025-ci ildə həm dövlətimizin, həm də hər bir vətəndaşımızın arzuları və planları böyükdür. Fürsətdən istifadə edərək dövlətimizə və xalqımıza qarşıdan gələn 2025-ci ildə uğurlar arzulayıram”.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, 2024-cü il Azərbaycan üçün istər daxili sosial-iqtisadi və siyasi proseslər baxımından, istərsə də ölkəmizin beynəlxalq  müstəvidə artan geosiyasi rolu zəmnində kifayət qədər uğurlu il hesab olunmalıdır:

“İlk növbədə qlobal ziddiyyətlərin artdığı bir dövrdə qonşu ölkələrdə siyasi çaxnaşmaların və qeyri-stabil situasiyanın hökm sürdüyü şəraitdə Azərbaycanda təhlükəsizlik mühitinin qorunması, maraqlarımızın milli təhlükəsizlik zəmnində daha da möhkəmlənməsi cari ilin əsas uğurlarından biri sayılmalıdır. Həmçinin antiterror tədbirlərindən sonra yaranan yeni regional və geosiyasi konfiqurasiya fonunda Azərbaycanın özünün suveren haqlarını bərpa etdiyi bir şəraitdə bütün ərazilərində Prezident və Parlament seçkilərini keçirməsi, o cümlədən il sonunda bələdiyyə seçkiləri prosesinə start verməsi milli suverenlik tariximizin yeni mərhələsi  hesan olunmalıdır. Bundan başqa 30 ildən artıq  havadarlarının köməyi ilə ölkəmizi işğalda saxlamış və təcavüzkar niyyətlərindən hələ də əl çəkməmiş Ermənistanla sülh və sərhədlərin delimitasiya və demarkasiya prosesi istiqamətində konkret irəliləyişlərə nail olunması, möhtərəm Prezident müsahibəsində də ifadə etdiyi kimi, sülh müqaviləsi üzrə 17 bənddən 15-nin artıq razılaşdırılması, həmçinin Qazaxın 4 kəndinin heç bir hərbi qarşıdurma yaşanmadan Azərbaycana təhvil verilməsi 2024-cü ildə Azərbaycanın ciddi siyasi və diplomatik yükə malik uğurlarından hesab olunmalıdır”.

Deputat vurğulayıb ki,  cari ilin əsas qlobal miqyaslı hadisəsi isə heç şübhəsiz ki Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlıdır:

“Azərbaycanın dünyanın ən nəhəng miqyaslı tədbirlərdən birini uğurla reallışdırması, çoxsaylı təcavüzkar plan və cəhdlərə baxmayaraq qlobal iqlim dəyişikləri ilə bağlı hədəflər istiqamətində ciddi irəliliylərin əldə edilməsi, o cümlədən Paris sazişinin 6-cı maddəsi üzrə əhəmiyyətli nailiyyətlərə imza atılması iqlim maliyyəsi istiqamətində bu günə qədər əldə olunmamış rekord nəticənin hasil edilməsi 2024-cü ildə Azərbaycanı yenidən qlobal miqyaslı oyunçu kimi rolunu beynəxalq platformalarda möhkəmləndirmiş oldu. Eyni zamanda 2024-cü il Azərbaycan parlamentarizm tarixində əhəmiyyətli iz qoymuş, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, istər Qoşulmama Hərəkatının Parlament şəbəkəsi, həmçinin digər səviyyədə uğurlu parlament diplomatiyası realizə olunmuşdur. Həmçinin 2024-cü il qanun yaradıcılığı və məhkəmə hüquq sistemində islahatların davam etdirilməsi baxımından uğurlu il hesab olunmalıdır. Qeyd olunanları nəzər alaraq, birmənalı şəkildə demək olar ki, çox mürəkkəb bir period olan 2024-cü il Azərbaycan üçün uğurlu dövr hesab olunmalı, ölkəmizin artan sosial-iqtisadi və hərbi-siyasi qüdrəti zəmnində yeni dövrün başlanğıcı üçün uğurlu mərhələ sayılmalıdır”.

Milli Məclisin deputatı Aydın Hüseynov  bildirib ki, 2024-cü il Azərbaycan üçün önəmli hadisələr baxımında rəngarəng oldu:

“Ölkəmiz ötən il əldə etdiyi bütövləşmiş suverenliyini digər layihələrlə möhkəmləndirdi, dünya birliyində layiq olduğu yeri gələcəyə aparmaq perspektivini əlində saxladı. Beynəlxalq müstəvidə qazanılan uğurların davamlılığını təmin etdi. Qonşu ölkələrdə siyasi təlatümlər, qarşıdurmalar, hərbi toqquşmalar, müharibələr davamlı şəkil aldığı bir vaxtda Azərbaycan ölkə daxilində sabitliyi qorudu, qonşuları ilə münasibətlərində qarşılıqlı etimad mühitini formalaşdırdı, Ermənistanın təxribatçı əməllərinə baxmayaraq bu ölkə ilə sülh müqaviləsi ətrafında danışıqları dayandırmadı, milli maraqlarımızdan bir addım geri durmadı. 2024-cü il Azərbaycanda həm də növbədənkənar prezident və parlament seçkiləri ilə yadda qaldı”. 

Deputat qeyd edib ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsi, Türk dövlətləri arasında münasibətlərin yeni dövrə və yeni çağırışlara uyğun şəkildə qurulması üçün bütün imkanlarını səfərbər etdi:

 “Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə üzv ölkələrdə müsbət demoqrafik dinamika, zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz haqqında fikirlər gələcəkdə daha böyük uğurlar qazanacağımızdan xəbər verdi. Prezident İlham Əliyevin dediyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. 2024-cü ildə dünyada və ölkəmizdə gözlənilən iqtisadi proseslər ən çox diqqət mərkəzində olan məsələlərdəndir. Manatın sabit məzənnəsi, inflyasiya üzrə dəqiq gözləntilər, sahibkarlığın inkişafı, turizm, sənayedə və aqrar sektorda proseslər, iqtisadi artım və sair gözləntilər dövlətimizin diqqət mərkəzində saxladığı sahələrdəndir. Mərkəzi Bankın (AMB) 2024-cü ildə ölkədə illik inflyasiya gözləntisi 5-5,5% civarındadır. Bu barədə AMB-in 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunub ki, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə nəzərdə tutulan hədəfin özünü doğruldacağına yardım edəcək. İnanırıq ki, nəinki 2024-cü il, hətta növbəti 2-3 il ərzində də vəziyyət yalnız müsbətə doğru inkişaf edəcək. 2024-cü ildə əlverişli səviyyədə qalan milli pul vahidimiz əslində, möhkəmlənməyə meyillidir. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən dövlət büdcəsinin həcmindən də görünür ki, vətəndaşların maddi rifah halının artırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və quruculuq işlərinin genişləndirilməsi, ölkəmizin xarici təsirlərdən qorunması, təhlükəsizliyimizin təmin edilməsi istiqamətində önəmli addımlar atılacaq”.

Millət vəkili Ceyhun Məmmədov  bildirir ki, 2024-cü il bir çox dünya ölkələri üçün çətinliklərlə dolu sınaq ili olsa da, Azərbaycan Prezident İlham Əliyevin liderliyi bu ili uğurla baş vurmaq üzrədir:

“Prezidentin qətiyyətli siyasəti sayəsində ölkəmiz qazanılan qələbələri möhkəmləndirməklə yanaşı, milli maraqlarını da qorumağı bacarmışdır. Xüsusilə, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın qorunması, milli təhlükəsizliyin saxlanması, eləcə də ordu quruculuğunun davam etdirilməsi istiqamətində atılan addımlar bu uğurun təməlini təşkil edir.

Dünya çalxalanmaqdadır; mübadirələr, müharibələr və siyasi gərginlik ölkəmizin ətrafında çox mürəkkəb şərait yaratsa da, Azərbaycan bu təzyiqlərin öhdəsində gəlməyi bacarıb. Gürcüstanda sabitliyin hələ də təmin olunmaması, Ermənistanda davam edən qeyri-mùəyyən proseslər, Ukrayna-Rusiya müharibəsi və Suriyadakı hakimiyyət çevrilişi bu gün dünya siyasi arenanın çox çətin bir məcrada irəlilədiyini göstərir.

İçtimai siyasi sabitlik, iqtisadiyyatın dayanaqlı saxlanması, milli təhlükəsizliyin təmin olunması və müdafiə sənayesinin inkişafı istiqamətində atılan addımlar ölkənin beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirmişdir. Bu uğur Prezident İlham Əliyevin prinsipial siyasəti, xalqı bir araya gətirən yanaşması və xarici təzyiqlərə qarşı çevik reaksiyaları sayəsində reallaşmışdır”.

Millət vəkilinin sözlərinə görə, 2025-ci il dünya üçün daha da çətin ola bilər. Müharibə ehtimallarının yüksək olduğu, siyasi gərginliyin daha da artacağı proqnoz edilir:

“Buna görə də, ölkəmizin sabitliyini qorumaq üçün birlik və həmrəylik vacibdir. Hər bir vətəndaşın öz öhdəliklərini anlayaraq, dövlətə dəstək göstərməsi bu sınaqdan mübərişələ çıxmağın əsas şərtidir. Dövlətin siyasətini dəstəkləyərək, xarici təzyiqlərə qarşı vahid cəbhə yaratmaq aktual və zəruridir. Milli mütəfiqliyin saxlanması və möhkəmləndirilməsi yeganə doğru yoldur”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “sosial və siyasi fəallığın artırılması” mövzusunda hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see411

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see383

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see341

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see317

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see314

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see287

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see276

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see269

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see255

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see241

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see229

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see228

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see227

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see226

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see198

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see141

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri