Icma.az
close
up
RU
Başdaşına öz adının yazılmasını istəməyən dahi

Başdaşına öz adının yazılmasını istəməyən dahi

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün tanınmış yazıçı, psixoloji roman janrının banilərindən biri olan Stendalın doğum günüdür.

Kulis.az bu münasibətlə Cəlil Cavanşirin tərtib etdiyi "Başdaşına öz adının yazılmasını istəməyən dahi" adlı məqaləni təqdim edir.

Yalanlar ustası

Stendalın yalanları bitib-tükənmir. “Parma monastrı” kitabının ön sözündə əsərin 1830-cu ildə, Parisdən 7000 km kənarda yazıldığını qeyd edir. Həqiqətdə isə bu əsər Parisin mərkəzində və 1839-cu ildə qələmə alınıb. Bir dəfə Stendal Napoleonla uzun-uzadı müzakirələrindən danışır. Lakin gündəliklərinin birində qeyd edir ki, Napoleonun mənim kimi dəlilərlə danışmağa vaxtı yoxdur.

Stendal (Henri Beyl) məktublarını bəzən Cottinet, Dominique, don Flegme, Gaillard, A.L. Feburier, Baron Dormant, A.L. Champagne və hətta de Lamartine ya da Jules Janin adları ilə yazırdı.

Çox maraqlıdır ki, Stendal heç bir ehtiyac olmadan, sadəcə, maraqlı görünmək üçün yalan danışırdı. Onun bu cür axmaqlıqlarından bezmiş dostlarından biri məktubunda onu qınayır və hətta belə yazır: “Sən çox alçaq bir yalançısan”. Həmin məktubun kənarında Stendalın öz əli ilə yazdığı bir qeyd var: “Bəli, bu belədir”.

Və yəqin ki, bu yalan sizi də heyrətləndirəcək. Henri Beyl, yəni Stendal imzalı yazıçının məzar daşına yazılıb: “Milanlı Arrigo Beyl”. Bəli, bu onun bildiyimiz sonuncu yalanıdır. Son mənzilə köçərkən belə romantik görünmək, maraqlı olmaq üçün yalana əl atıb. Vəsiyyətində başdaşına öz adının yazılmasını istəməyib.

Onun haqqında müxtəlif fikirlər söylənilib. Sveyqin yuxarıda adını çəkdiyimiz əsərində onun haqqında olduqca maraqlı əhvalatlar var. Amma onun bütün həyatını ifadə edən bir fikir həddindən artıq maraqlıdır: “Çirkinsən, amma çox mənalı siman var”.

Bu fikir onun həm maddi, həm də mənəvi dünyasına aiddir.

Böyük yalan ustası olmasına baxmayaraq, dövrünün həqiqətlərini yazmaqdan çəkinməyən, yalanı sevdiyi qədər, həqiqətə də aşiq olan nadir yazıçılardandır Stendal.

Müəlliminə nifrət edirdi

Böyük fransız yazıçısı Stendal (Mari Henri Beyl) 1783-cü ildə, Qrenobl adlı kiçik fransız şəhərində dünyaya gəlib. 8 yaşında anasını itirən Henri ögey anasının himayəsində böyüyür və ona bağlanır. Həyatında ilk nifrət etdiyi adam isə müəllimi Rahib Raillane olur. Bu nifrət uzun müddət onu tərk etmir və əsərlərində də hiss olunur. Parisdə yaşadığı dönəmdə fəlsəfəyə və teatra meylli idi. İkinci Molyer olmaq arzusu ilə çabalayır, bütün gücünü və enerjisini bu məqsədi gerçəkləşdirmək üçün sərf edirdi.

1799-cu ilə qədər sənət, teatr çevrələrində oldu, sevgilər yaşadı və həvəsdən düşdü. 1800-cü ildə ailə dostları Darunun müşayiəti ilə İtaliyaya ilk dəfə səfər etdi və bu səfər onun həyatında, yaradıcılığında böyük iz buraxdı. İtaliyada aşiq olduğu Angela Pietragruanı uzun müddət unuda bilmədi.

İtaliyadan geri dönər-dönməz orduya yazıldı və qısa bir müddət sonra, 1801-ci ildə ordudan ayrıldı. Təxminən beş il boş-bekar gəzdi, Şekspiri ana dilində oxumaq üçün ingilis dili dərsləri aldı.

1806-cı ildə yenidən orduya qayıtdı və 1814-cü ilə qədər orduda xidmət etdi. Napoleonun birinci dəfə devrilməsindən sonra İtaliyaya gedən yazıçı Stendal imzası ilə ilk əsərini qələmə alır. 1817-ci ildə işıq üzü görən bu əsər “Roma, Napoli, Florensiya” adlanır. Stendal təxəllüsünü isə sevimli yazıçısı, Vinkelman Yohan Yoaximin doğulduğu şəhərin adından götürür və ömrünün sonuna qədər istifadə edir.

Onu bəyənmirdilər

Stendal 1821-ci ilə qədər İtaliyada xoşbəxt yaşayır, eyni zamanda diplomat kimi fəaliyyət göstərir. İtaliyada sevgilisi Matilda Viskonti Dembovskidən ayrıldıqdan sonra depressiyaya düşür, üstəlik, Avstriya polisi onu izləməyə və sıxışdırmağa başlayır. 1821-ci ildə Parisə dönür və İtaliyada yaşadığı sevgini “Eşq haqqında” kitabında ətraflı təsvir edir.

Parisə döndükdən sonra müxtəlif əsərlər yazsa da, əsərlərinin bir çoxu ölümündən sonra çap edilib. 1827-ci ildə ilk romanı “Armence”ni, 3 il sonra isə “Qırmızı və qara”nı yazır.
1831-ci ildə onu Triestə səfir göndərirlər və 1839-cu ildə “Parma monastrı” romanını yekunlaşdırır. Sağlığında yazıçı kimi qəbul olunmayan Stendalı Avropa oxucusu ölümündən yarım əsr sonra qiymətləndirir.

Sağlığında çox çalışsa da, avtobioqrafiyaları, gündəlikləri, yol qeydləri çap olunmur. Ömrünün sonlarına yaxın Parisə dönən Stendal 1841-ci ildə iflic keçirir və 1842-ci ilin martında Paris küçələrində gəzərkən yıxılır və iki saat sonra dünyasını dəyişir.
Məzarı Parisdə, Monmartr qəbiristanlığındadır.

Romantizm dövrünün realisti

Onun yaşadığı və yaradıcılıqla məşğul olduğu dövr romantizmin dəbdə olduğu və ədəbiyyat, sənət deyildikdə romantizmin ağla gəldiyi dövrdür. Tənqidçilər və ədəbiyyat tədqiqatçıları isə xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçün Stendalı realizm nümayəndəsi hesab edirlər. Stendal romanlarında ironiyanı, psixoloji və tarixi təsvirləri ustalıqla sintez edirdi. Bəlkə də, dövrünü qabaqlaması, realizmin ilk nümayəndələrindən olması onun sağlığında layiqli qiymət almasına mane olan amildir. “Roman, böyük küçələrə tutulmuş güzgüdür” deyən Stendal, doğurdan da, romanlarında bu fikirlərini isbat etməyi bacarıb.

“Qırmızı və qara” romanında sevgi, qısqanclıq, cinayət və edam ətraflı işlənib. Romanın əsas qəhrəmanı Jülyen qısqanclıq zəminində qətl törədir və gilyotində edam olunur.
Bu əsərdə öz yaşadıqlarını da qələmə alan yazıçı, Fransanın mənzərəsini də göstərməyi bacarır. “Parma monastrı” romanın əsas qəhrəmanı isə qızğın bir həyat yaşadıqdan sonra monastra qapılan keçmiş hərbiçi, əsilzadədir. Stendal eyni zamanda Napoleonun bioqrafiyasını, “İtaliyada rəsm sənətinin tarixi” əsərini, səyahət xatirələrini qələmə alıb. Amma dünya Stendalı “Qırmızı və qara” və “Parma monastrı” romanları ilə tanıyır...

Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək 20 Yanvar faciəsindən 36 il ötür Dostoyevskinin "Cinlər"i hərraca çıxarıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Yanvar 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri