Icma.az
close
up
RU
Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili

Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Onunla vidalaşmağa gedə bilməmişdik, bir gün son mənzilini ziyarət edərik deyib, özümüzə təsəlli vermişdik. Həmin günün nə zaman olacağını, dəfn olunduğu Ucara yolumuzun nə vaxt düşəcəyini bilmirdik. Nə vaxtsa...

Düz il yarım sonra. Sırf təsadüfdən Ağdam-Bərdə-Bakı yoluna dönəsi oluruq. Ucara girəndən xeyli yol qət etmişik. Birdən növbəti kəndin adı yazılan lövhəni keçirik. Qeyri-ixtiyari “Müsüslü” deyib, kəndin adını harda eşitdiyimi xatırlamağa çalışıram.

Redaktə etdiyim xəbərlərdən tanışdır yəqin. Anidən nidama gəlir. "Səbahinin kəndi" deməyimlə maşının dayanmağı bir olur. Onu məndən də qabaq tanıyan, ziyarət edəcəyimizə söz verən keçmiş tanışı dillənir:

- Googleyə bax gör həmin kənddirmi?

Baxıram və yanılmadığımı görürəm.

- Magistral yoldan geri qayıtmaq olur ki?

- Qayıdarıq...

Maşını tərpədəndə yol qırağındakı evin darvazası açılır, bayıra çıxan kəs kəndlə üzbəüz, yolun o tayındakı məzarlığı nişan verir.

"Qabağa gedin, sonra döngədən geri qayıdın, sağda alaqapı var, ordan 200 metr içəri..."

Qəbiristanlığın qapısının cəftəsini açıb içəri giririk.

Avqust günəşi torpağı qovurub, bircə göy ot olmayan ətrafda gül gəzirəm. Həmən də özüm-özümə deyirəm ki, bu vaxt burda gül olar? Əvəzində girəcəkdəki bulağı görüb sevinirəm.

Qəbiristanlığın böyüklüyünə nəzər salıb dillənirəm: “Bəlkə buranı, məzarı tanıyan dostlara, bölgə müxbirimizə zəng edim?”

"Gəl, lazım deyil, tapacağıq", - deyir Rizvan.

Hərəmiz məzarlığın bir səmtinə yön alırıq, heç iki dəqiqə çəkmir, "tapdım", deyib irəli atılır.

Qara mərmərdən boylanır, gülümsər, dəyişməyən ifadəsi. Ürəyimdə belə gec gəldiyimizə görə üzrxahlıq edirəm. Sanki özünəməxsus ədayla "Mən Kamilovam", "Mən qəzetlər padşahıyam" deyir.

Mənsə həmişəki kimi onun öz tərziylə təsdiqləyirəm: "Elədir, atam-atam"...

Ucadan isə sual verirəm: Burda nə işin var?

Sükut çökür.

Cavabı sinə daşından oxuyuram:

Mən bir gün üfüq olmuşdum,

duman çökdü dənizə...

Görünmədim...

Mən bir gün təbəssüm olmuşdum,

nə oldu bilmədim.

Görünmədim...

Gözümün önündə uzaq keçmiş canlanır. İlk iş yerim "Rezonans" qəzetində məqaləmin dərcinə vəsilə olmağı, həmin redaksiyada ilk qarşılaşmağımız, əvəzolunmaz yazıları, zarafatları, ayağı kəsiləndən sonrakı ziyarətimiz, xəstəxana çarpayısındakı çarəsiz baxışları, ikinci ayağını da itirəndən sonra əlil arabasındakı halı.

Xatirimdə qalan bütün halları film kimi keçir bir anda gözümün önündən, amma ustad Səbuhi Məmmədlinin başdaşındakı fotosundakı kimi çoxmənalı təbəssümü hamısının fövqündən boylanır - bütün suallara cavab verən, ənənəvi təbəssüm.

Bulaqdan gətirdiyim suyu tökürəm, xətrini əziz tutan köhnə tanışı əlindəki dəsmalla daşları yuyur. Qalan suyu dibçəkdəki dekorativ güllərə çiləyirəm. Su Səbuhiyə də çatır, güllərinə də.

Sağollaşıb geri dönürük.

Arxadan səsi gəlir sanki, sinə daşındakı şeirin orda yazılmayan misrası səslənir qulağımda:

Mən bir gün cığır olmuşdum...

Bu dəfə etiraz edirəm, misranı tamamlamağa qoymuram: “Olmuşdum yox, cığırsan, heç vaxt ot basmayacaq, görünəcək cığır”...

Məzarlıqdan çıxa-çıxa deyirəm ki, 2 ay sonra – oktyabrda 55 yaşı tamam olacaq və sinə daşına yazılan sözləri, Vaqif Səmədoğlunun misralarını təkrarlayıram:

Mən bir gün təbəssüm olmuşdum,
Nə oldu, bilmədim...
Görünmədim...

Bayaqdan susan Rizvan dillənir: “Hə, yaxşı seçiblər - Mən bir gün təbəssüm olmuşdum... Səbuhini tanıdığım ilk andan etibarən mənə elə gəlirdi ki, o, başqasının həyatını yaşayır, bir roldadır. Həmişə düşünürdüm ki, bu qədər nikbinliklə və hər günü ömrün son günü kimi yaşamaq, hansısa bir illüziya, bir uydurma olmadan mümkün deyil. Amma sonda anladım ki, o, bütün illüziyalardan kənar, tam dolğun və öz yolu ilə irəliləyirmiş.

Əminəm ki, nə Allaha, nə duanın, nə də mantranın gücünə inanırdı. Daha çox yumorun gücünə və ətrafındakı insanların ona olan səmimiyyətinə güvənirdi. Bəzən mənə elə gəlirdi ki, ömrünə "dırnaqarası" baxan Səbuhi bizi ələ salır, bizimlə oynayır. Amma ayağının biri amputasiya olunanda, xəstəxanada belə gülüşü və məzəli söhbətləri ilə kəsilmiş ayağını nəzakətlə bizdən gizlətdiyini hiss etdim. Hətta elə bil bir az utandı da... Başdaşında olan təbəssüm isə sanki qəbrini belə bizdən gizlətmək üçün idi. Əsl illüziya məhz bu imiş...”

27 avqust 2025

Məhbubə Qasımbəyli

LENT.AZ

P.S. Xatırladaq ki, bu gün mərhum jurnalistin doğum günüdür..

Yerin nurlu, məkanın cənnət olsun, Səbuahi! 

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri