Icma.az
close
up
RU
Başgicəllənmə təhlükəli xəstəliklərin əlaməti ola bilər XƏBƏRDARLIQ

Başgicəllənmə təhlükəli xəstəliklərin əlaməti ola bilər XƏBƏRDARLIQ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həkimlərin fikrincə, başgicəllənmə ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Mütəxəssislər bildirirlər ki, başgicəllənmə təkcə keçici narahatlıq deyil, həm də gizli və potensial təhlükəli xəstəliklərin əlaməti ola bilər. Bu barədə Cleveland Clinic və Mayo Clinic tibb mərkəzlərinin materiallarında məlumat verilir.

Lent.az bu səbəbləri təqdim edir:

Başgicəllənmə özünü qeyri-sabitlik, zəiflik, tarazlığın itməsi və ya ətrafın fırlanması hissi kimi göstərir. Bu hal tez-tez ürəkbulanma, gözlərin qaralması və koordinasiyanın pozulması ilə müşayiət oluna bilər. Həkimlər bildirirlər ki, nadir və qısa epizodlar təhlükəli olmasa da, başgicəllənmə təkrarlanırsa və ya uzun sürürsə, bu halda mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Ən çox rast gəlinən səbəblərə bunlar daxildir:

daxili qulaq xəstəlikləri (məsələn, labirintit və vestibulyar nevrit),

qanazlığı (anemiya),

eşitmə siniri şişləri,

ürək ritminin pozulması,

aşağı qan təzyiqi (hipotoniya),

beyin silkələnməsi nəticələri.

Nevroloji səbəblər arasında isə miqrenlər, dağınıq skleroz (MS) və Parkinson xəstəliyi var. Başgicəllənmə həmçinin xarici amillərlə də əlaqəli ola bilər – stress, susuzluq, karbonmonoksid qazından zəhərlənmə, aşağı qan şəkəri səviyyəsi və ya bəzi dərmanların, xüsusilə təzyiq dərmanlarının yan təsiri. Bəzi hallarda isə başgicəllənmə başın qəfil hərəkəti və ya sıxlıq (məsələn, izdiham və ya nəqliyyat vasitələrində) kimi şəraitlərdə baş verə bilər.

Xüsusi diqqət tələb edən hallar:
Əgər başgicəllənmə aşağıdakı simptomlarla müşayiət olunursa, bu zaman təcili tibbi yardım almaq vacibdir:

şiddətli baş ağrısı,

qıcolmalar,

nəfəs almaqda çətinlik,

hissiyat və ya görmə itkisi,

qusma və ya huşsuzluq.

Həkimlərin tövsiyəsi:

Əgər başgicəllənmə görünən səbəb olmadan baş verirsə, xüsusilə gündəlik həyatınıza təsir edirsə və ya narahatedici əlamətlərlə müşayiət olunursa, həkimə getməyə təxirə salmayın. Vaxtında qoyulan diaqnoz problemin erkən mərhələdə aşkarlanmasına və ciddi fəsadların qarşısının alınmasına kömək edə bilər.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri