Başına maral çırpılan gözəllik kraliçası öldü FOTO
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Miss Russia 2017” müsabiqəsinin keçmiş iştirakçısı Kseniya Aleksandrova Rusiyada faciəvi şəkildə ölüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, onun ölümünə səbəb isə 5 iyulda baş verən avtomobil qəzası olub.
Belə ki, 30 yaşlı model əri ilə birlikdə Tver vilayətində səyahət edərkən “Porsche Panamera” markalı avtomobilin qarşısına tullanan maral pəncərədən içəri daxil olub və modelin başına çırpılıb. Hadisə zamanı ağır kəllə-beyin travması alan Kseniya vəfat edib, həyat yoldaşı isə sağ qalıb.
Aleksandrova avqustun 15-də qəzadan sonra bir aydan çox davam edən dərin koma vəziyyətindən sonra dünyasını dəyişib
Qeyd edək ki, Kseniya Aleksandrova 2017-ci ildə “Miss Rusiya” seçilib və həmin il Las-Veqasda keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak edib.
Gənc modelin qəzadan cəmi 4 ay əvvəl evləndiyi bildirilir.
Billurə Yunus




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Avqust 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















