Başına tısbağa düşən uşaq öldü
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çjao ailəsi Çinin Quandun əyalətində yaşayış kompleksinin həyətində kiçik oğlu ilə gəzərkən qəfildən tısbağa böyük hündürlükdən uşağın başına düşüb.
"Unikal" xəbər verir ki, nəticədə o, ağır xəsarətlər alıb və həkimlər onu həyata qaytara bilməyiblər.
Tısbağanın Çjan adlı kompleks sakininə məxsus olduğu müəyyən edilib. Zərərçəkənin valideynləri məhkəməyə müraciət edərək, tısbağanın sahibindən, idarəetmə şirkətindən və sığorta şirkətindən təzminat tələb ediblər. Lakin məhkəmə yalnız heyvanın sahibinin məsuliyyət daşıdığını müəyyən edib.
Uşağın başına düşən tısbağanın sahibi qurbanın yaxınlarına böyük məbləğdə təzminat ödəyəcək. Belə ki, Çjan Çjao ailəsinə 1,28 milyon yuan məbləğində təzminat ödəməyə borcludur. Hökmdən sonra Çjan apellyasiya şikayəti versə də, ödənişi yalnız 30 gün təxirə sala bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 İyun 2025 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















