Icma.az
close
up
RU
Başını elə formada bağlayır ki, sanki başında Qız Qalası var

Başını elə formada bağlayır ki, sanki başında Qız Qalası var

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dizayner-modelyer Şəlalə Maqsudovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Son zamanlar gənclərin geyim tərzi cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Kimisi qızların açıq-saçıq geyinməsindən, kimisi də oğlanların rəngli geyim tərzinə üstünlük verməsindən danışır. Yaşlı nəsil gənclərin geyimindən narazılığını bildirir. Siz bu barədə nə düşünürsünüz?

- Son zamanlarda cavanların geyim tərzləri çox müzakirələrə səbəb olur. Bəzən açıq-saçıqlığı ilə, bəzən getdikləri yerlərə aidiyyəti olmayan geyimləri ilə çox müzakirələr yaradırlar. Əlbəttə ki, mən bir dizayner-modelyer olaraq dəbi yaxından izləyirəm. Nələrin gündəmdə olduğunu, hansı rənglərin, formaların dəbdə olduğunu görürəm. Çox təəssüf edirəm ki, son dövrlərdə internet əsri olmasına baxmayaraq cavanlar abartılı dərəcədə geyinirlər. Bu da qınaq obyektinə çevrilir. Çox istərdim ki, cavanlar dəbi izləsinlər, amma yaraşanı geyinsələr daha yaxşı olar. Çünki cavanlar necə gəldi geyinirlər. Fikir verirəm ki, bəziləri diqqət çəkmək üçün, bəziləri də düşünmədən necə gəldi geyinirlər.

- Dəb nə deməkdir? Dəb anlayışı nədir?

- Xarici dizaynerləri yaxından izləyirəm. Öz işimlə əlaqədar olaraq modanı diqtə edən Milan şəhərinə belə getdim. İstəyirdim ki, dəblə çox yaxından tanış olum, dəbin nə olduğunu bilim. Hər il, hər fəsil yeni geyimlər ortalığa çıxır, yeni parçalar, yeni formalar ortaya atılır. Dəbi izləyən bir kütlə bu ortaya atılan geyimlərin arxasınca qaçır. Çox təəssüf edirəm ki, dəbin arxasınca qaçan kütlə onu yaxşı diqtə etməyi bacarmır. 2010-cu ildə tanınmış dizaynerlər ortalığa sarı rəng dəbi atdılar. Mən çox yaxşı xatırlayıram ki, insanlar bütünlüklə sarıya bürünmüşdülər. Çantaları, ayaqqabıları, paltarları, yaşından asılı olmayaraq hər kəs sarı rəngə boyanmışdı. Yaşlı nəslin nümayəndələri belə sarı rəngə müraciət edirdilər. Bu, bir az gülünc görünürdü. Bunu trend halına salmışdılar. Dəb mənim üçün yaraşanı geyinmək deməkdir. Əgər mən bu geyimi daşıyıramsa, o mənim üçün dəbdir. Bu il cırıq şalvarlar, cırıq köynəklər əgər dəbdədirsə, o mənə yaraşmırsa, onu geyinə bilmərəm. Öz bədənimi tanımalıyam, öz komplekslərimi bilməliyəm ki, mənə bu il dəbdə olan geyim yaraşmalıdır. Əgər bu il dəbdə olan geyim mənə yaraşmırsa, onu geyinə bilmərəm. Mən onu insanlara təqdim edə bilmərəm. Çox istəyərəm ki, cavanlarımız dəbi izləsin, amma bədən komplekslərini bilərək buna uyğun geyinsinlər.

- Xanımlarımız gəlinlik libasında sport ayaqqabı ilə geyimi tutuşdurmağa çalışırlar. Bu da dəb sayılır?

- Fikir versək, son zamanlar toylarımızda gəlinliklərdə belə dəyişikliklər olub. Bəzən gəlinlik gödək, rəngli olur, bəzən də sport ayaqqabı ilə uyğunluq yaratmağa çalışırlar. Cavanlarımız bir növ Avropasayağı görünməyə çalışırlar. Təbii ki, onların seçimləridir. Çünki bu seçimə heç cür müdaxilə etmək olmur. Yetişən cavan nəslin fikrində tamam başqa ideyalar formalaşır. Belə görürəm ki, Avropaya daha çox meyl edirlər. Əvvəlki gəlinliklərlə müqayisə etsək, görərik ki, fatalar, bağlılıq ortadan çıxır, açıq-saçıqlığa, sərbəstliyə daha çox üstünlük verilir.

- Bəs onlar bu qədər əziyyət çəkirlər. Heyifləri gəlmir ki, sport ayaqqabı ilə gəlinliyi korlamağa çalışırlar?

- Yəqin ki, onların düşüncəsində bu həm sadəlik kimi qəbul olunur, həm də Avropada məhz budur. Nə qədər xanımlar var ki, hətta nikah geyimində belə geyimlərini fərqli istəyirlər. Amma mən araşdırıb baxıram ki, artıq o nikah geyimləri avropalı xanımların geyim tərzinə uyğundur. Soruşanda da topuqlu ayaqqabı ilə geyinməyəcəklərini deyirlər. Niyə sport ayaqqabı istədiklərini soruşuram. Deyirlər ki, mənim üçün rahatdır. Düşüncə tərzi budur. Həmin xanımlar ətraflarında ancaq cavanları görmək istəyirlər. Bu da onların düşüncə tərzidir ki, rahatlıq istəyirlər. Bir növ onların içində açıq-saçıqlıq da var.

Mənim geyimlərimdə açıq-saçıqlıq olmur. Hər zaman yetişən nəslə də geyimlə örnək olmaq istəyirəm. Çünki geyim mədəniyyətdir. Geyim insanın təqdimatıdır. Ümumiyyətlə, geyimdə hansısa qadağanı qoymaq qeyri-mümkündür. Bunu ancaq insanların öhdəsinə buraxırlar. Qınaqla seçilir, indiki zamanda heç kimə qadağa qoymaq mümkün deyil. Çünki hər kəsin öz seçimi var. Cavan nəslin evdə valideyni belə öhdəsindən gələ bilmir.

- Təkcə açıq-saçıqlıqdan danışmırıq. Reallıq budur ki, paytaxtın küçələrində oğlanlar da şəpiklərdə sərbəst şəkildə gəzirlər. Bəs bu necə qəbul olunmalıdır?

- Bizim cavan nəsil avropasayağı geyinməyə çalışır. Avropada olanda gördüm ki, hər kəsin paltarları qırışdır, çox rahat gəzirlər. Heç kim heç kimə fikir vermir. Ordakı səhnələri artıq Bakımızda da görürəm. Bunu da normal qarşılayırlar. Ayıb, qınaq deyilən bir şey ortada qalmır. Əslində rahatlıq üçün əndazəni aşmamaq daha yaxşı olardı.

- Başı bağlı dar geyim tərzinə toxunaq. Əsl hicab geyimi necə olmalıdır?

- Son dövrlərdə başı bağlayıb bədəni dar geyinmək o qədər artıb ki, mən buna çox pis baxıram. Bəzən xanımlarımız yanıma gəlir, başını elə formada bağlayır ki, sanki başında Qız qalası var. Bədəninə isə dar paltar geyinib. Həmin xanım kilolu olur və məndən də dar paltar istəyir. Düşünürəm ki, başı bağlamaq nədir, belə dar paltar istəmək nədir? Bu, dinin təbliği deyil, bu sadəcə vizual görüntü ilə insanları aldatmaqdır. Ondansa, başını açıb dar paltarı geyinsə daha yaxşıdır. Çünki insanları aldatmaq lazım deyil.

- Açıq geyim əxlaq ölçüsü sayılmamalıdır, siz bu barədə nə düşünürsünüz?

- Açıq geyim deyəndə bir var ki, yarım metrdən çıxarılan geyim, bir də var, normasında açıq geyim. Normasında olarsa, buna pis baxmıram. Məsələn, efirdə alt paltarını göstərmək artıq qınaq obyektidir.

- Sizcə xanımlar açıq geyinməklə nə demək istəyirlər?

- Çox zaman belə fikirləşirəm ki, əgər xanımın bədən quruluşu gözəldirsə, onu göstərmək yanlış fikirdir. Moda aləmində dizaynerlər heç vaxt yarım metrdən hazırlanmış geyimləri dəb halında ortalığa çıxarmayıblar. Dəb ildən-ilə dəyişir. Heç bir moda tarixdən silinmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri