Icma.az
close
up
RU
BAŞINI İTİRMİŞ “ÇAR”IN AZƏRBAYCAN DAVASI Putin azərbaycanlılardan nəyin qisasını alır?

BAŞINI İTİRMİŞ “ÇAR”IN AZƏRBAYCAN DAVASI Putin azərbaycanlılardan nəyin qisasını alır?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Təkcə son bir neçə gündə Rusiya dövlətinin azərbaycanlılara qarşı törətdiklərinə fikir verin: Rus OMON-u Voronejdə azərbaycanlıların işlədiyi bazara hücum edib, saxlanılanlar “qaz yerişi” ilə yürüməyə məcbur edilib, Yekaterinburqda Azərbaycan diasporu rəhbərinin oğlu həbs edilib, diaspor başçısına qarşı cinayət işi qaldırılıb, Azərbaycan əsilli MMA döyüşçüsü Ruisya vətəndaşlığından məhrum edilib, azərbaycanlı blogerin ailə üzvləri vergidən yayınma adı altında həbs olunub, bir neçə şəhərdə azərbaycanlı iş adamlarının evlərinə OMON basqınları həyata keçirilib və sair, və ilaxır...

Bütün bunlar daha öncə uzun illər boyu Ermənistanı Azərbaycana qarşı silahlandıran, ona dəstək verən, ötən il Azərbaycanın mülki təyyarəsini vuran, ötən ay isə Yekaterinburqda insanları sadəcə, azərbaycanlı olduqları üçün qətlə yetirən müasir Putin Rusiyasının Azərbaycana və azərbaycanlılara qarşı çirkin addımlarının yalnız cüzi bir hissəsidir...

Bəs Putin Rusiyası “strateji tərəfdaş” adlandırdığı kiçik qonşu ölkəyə, xalqa qarşı bütün bu çirkin, iyrənc addımları niyə atır? Bu sualın cavabı elə də çətin deyil. Bunlar sadəcə, daim Cənubi Qafqazı qan gölünə döndərməklə nəzarətdə saxlamağa çalışan Rusiyanın təhdid və təzyiqlərindən qurtulmaq, müstəqil olmaq, kimlə dostluq etməsini özü seçmək, sülh və əminamanlıqda yaşamaq, inkişaf etmək istəyinə görə Kremlin Azərbaycana kəsdiyi cəzadır...

Bəli, 17 milyon(!) kvadrat kilometr ərazisi, 140 milyondan çox əhalisi, sonsuz təbii sərvətləri, milyonluq ordusu, nüvə silahı və s. olan Rusiya cəmi 86 min kvadrat kilometr ərazisi və 10 milyon əhalisi olan kiçik Azərbaycanla ədavət, “prinsip” aparır. Başqa şeyə əli çatmadığından gücünü bir tikə çörək üçün çalışan zəhmətkeş, günahsız insanlara göstərir. Bu qədər kiçildikcə kiçilmək, rəzilləşdikcə rəzilləşmək, alçaldıqca alçalmaq yalnız Kremlin indiki sahiblərinə yaraşar və yaraşır da...

Necə olubsa, bugünkü Rusiya dörd bir tərəfdən “düşmənlərlə” sarılıb. Ukrayna düşmən, Moldova düşmən, Latviya, Litva, Estoniya düşmən, Finlandiya, İsveç düşmən, cənubda Türkiyə düşmən, Gürcüstan, Azərbaycan, hətta Ermənistan düşmən, şərqdə Qazaxıstan, Yaponiya, ABŞ düşmən... Rus “Z patriotları” Rusiyanı pis-yaxşı ayaqda saxlayan Çini belə düşmən hesab edirlər. Bəs kimdir bu düşmənçiliyin baiskarı? Əlbəttə ki, harınlamış, çürümüş, korrupsiyalaşmış, başını və insanlıq sifətini itirmiş Putin hakimiyyətindən başqa hər kəs...

Yaşı getdikcə 80-nə doğru irəliləyən bu adamın ağlını itirmiş rus pensiyaçı qadınlardan başqa heç bir ciddi elektoratı qalmayıb. Hər kəs onun siyasətindən, hərəkətlərindən, çıxışlarından, səsindən belə bezib. Ona olan nifrəti özü də yaxşı görür və bilir. Ona görə ətrafdakı bütün xalqlara, insanlara, hətta öz millətinə belə nə qədər nifrət edirsə, sanki hamını özü ilə birgə qəbrə aparmağa çalışır...

Volodin kimi məddah, simasız, cinsi naməlum padxalimlər “Putin varsa Rusiya var, Putin yoxdursa, Rusiya yoxdur” deyəndə çoxları bunu qeyri-ciddi qəbul edirdilər. Ancaq indi görünür ki, deyilənlər getdikcə həqiqətə yaxınlaşır və başını itirmiş “çar” özü ilə birgə Rusiyanı da “o dünyaya” aparmaq üzrədir... 

Putin bəlkə də dünyada yeganə dövlət başçısıdır ki, ailəsini, ailə üzvlərini, övladlarını, nəvələrini hamıdan gizlədir. Sözdə guya Rusiyanın, rusların təhlükəsizliyi üçün Ukraynaya hücum edən, NATO-ya savaş açan bu adam nə qədər “cəsarətlidirsə”, öz ailə üzvlərinin kimliyini belə açıqlamaqdan qorxur. Heç bir rus çarı bunu etməyib. Çünki bu, ağır şizofreniya, fobiya əlamətidir, rus çarları və MK katibləri isə müxtəlif xəstəliklərdən əziyyət çəksələr də, şizofrenik olmayıblar...

Hazırda Putinin övladları rəsmən onun soyadını daşımır, nəvələrinin kimliyi bilinmir, gizli saxlanılır və bütün bunlar təhlükəsizlik tədbiri kimi qələmə verilir. Yəni, bu adam öz yaxın 3-5 nəfərinin təhlükəsizliyinə təminat verə bilmir və bunun üçün ailə üzvlərini belə gizlədir. Rus cəmiyyəti isə belə birisindən təhlükəsizlik və nicat gözləyir. Bu necə liderlik, necə “sərkərdəlikdir”? Müasir dünyada yalnız terrorçular və mafiya başçıları ailə üzvlərini hər kəsdən gizlətməyə çalışır. Lakin hətta Usama bin Ladenin belə övladlarının, nəvələrinin kimliyi bəllidir...

Finlandiya Prezidenti Aleksandr Stubb bir neçə gün öncə Putini “strateji axmaq” adlandırıb. Qeyd edib ki, Rusiya hazırda Donbasın xarabalığa çevrilən çöllərinin hər kilometrinə 167 əsgər qurban verir. Elədir. Və bunların hamısı insandır. Kiminsə oğlu, atası, qardaşıdır. Ancaq öz ailə üzvlərini hamıdan gizlədən Putin üçün nəinki həmin 167 nəfərin, milyonlarla rusiyalının, ukraynalının həyatının bir qara qəpiklik dəyəri yoxdur. O zaman ondan azərbaycanlılara və digər millətlərə qarşı da normal münasibət gözləməyə, əlbəttə ki, dəymir...

Məhz Putinin sayəsində Rusiya artıq Ukraynada strateji məğlubiyyətə uğrayıb, bütün dünyada izqoya çevrilib, sanksiyalar Rusiyanın başına qapaz kimi dəydikcə dəyir, Rusiya dünyanın ən “bespredel” ölkəsi kimi ad çıxarır, Moskva Avropanı qaz və neft bazarı kimi itirib, iqtisadiyyatı ağır böhranla üz-üzədir, Rusyanın təbii sərvətləri Çinə, Hindistana dəyər-dəyməzinə satılır, 300 milyard dollarlıq ehtiyat fondu əlindən alınıb Ukraynaya verilir, vaxtilə dünyanın ikinci ordusu sayılan rus ordusu Ukraynada bataqlıqlarda boğulur, rus səgəri uzunqulaqlara, Çin velosipedlərinə möhtac qalır, Şimali Koreyanın tragikomik personaj olan başçısından kömək, imdad diləyir, qanı bir olan ukraynalılarla isə əbədi qan düşməninə çevrilir və sair. Putinin Rusiyaya gətirdiyi bütün bu “rifah göstərticilərini” saydıqca saymaq olar.

Nəhayət, Rusiya Ukraynadakı müharibə ilə ilk növbədə elə rusları, ukraynalıları - slavyanları qırır, öz xalqının genefondunu məhv edir. Bu, elə rusların özünə qarşı xəyanət deyil də, nədir?

ABŞ-nin Oriqon ştatından olan məşhur senatoru Ceff Merkli Konqresdəki dinləmələrdə Trampın rus agenti olduğuna şübhə yaradan 5 əlaməti sadalayandan sonra Trampı nəzərdə tutaraq demişdi ki, “bir rus agenti Rusiya üçün bu 5 bənddən daha artıq nə edə bilərdi?” İndi də Rusiyanı məhv etməyi, ona xəyanət etməyi qarşısına məqsəd qoyan birisi, görəsən, Putinin etdiklərindən daha artıq nə edə bilərdi?

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri