Icma.az
close
up
RU
Başını kəsmə, boşa! Burhanların tüğyanı

Başını kəsmə, boşa! Burhanların tüğyanı

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən axşam saatları idi. Oxuduğum xəbər...

İllərdi xəbərlə işlədiyimiz üçün özümüz də çevrilib olmuşuq xəbər adam. Nə qanlar, işgəncələr, əlimizdən sadəcə sətirlərə tökülüb. Sizin “ah-ufla” oxuduğunuz hadisələri biz tələsə-tələsə sadəcə rəsmi mənbələrlə dəqiqləşdirib xəbərə çevirməklə məşğuluq. Biz də insanıq, o an, duyğular bizi sirkələyir. Amma içimizdəki hisləri basdırmaqdan başqa əlacımız olmur. Belə-belə xəbərlər bizə adiləşir. Yəni xəbər adamını təəccübləndirmək asan deyil. Yanılmışam!

Xəbər budur -  əri 33 yaşlı Xumar Məmmədovanın başını kəsdi. İnsanın əti ürpəşir. Ömrünün ən gözəl çağında, həyatın gözəlliklərindən xumarlanaraq yaşamaq var ikən, dünya ilə belə vəhşətlə vidalaşmaq ədalətsizlikdir, vicdansızlıqdır ən azından. Tərbiyəm icazə versə, hələ çox şey sadalayardım.

Çox istərdim ki, bu indi deyəcəklərimi ölmüş olsa belə arvadının başını kəsəcək qədər gözünü qan tutan, doğru qərar vermək qabiliyyətini itirən 38 yaşlı Burhan eşitsin. Sən bu qədər qəddar olacaq nə yaşamısan? Burhan, bahar fəslində göyün üzü qaraldan buludlarmı səni çaşdırdı. Niyə Xumarın tüğyanı oldun? Sən kimsən ki, Allahın yaratdığı cana qıyırsan? Əgər bunu özün üçün “kişilik” hesab edirsənsə, niyə axşam saatlarınadək qaçaraq istintaqdan gizləndin? Axşam saat 22 radələrində özünü 14-cü mərtəbədən atanda da qoçaqlıq etmədin heç. O bir neçə saniyə havada uçarkən o qanadlar səni cəhənnəmə aparırdı, fərqindəydinmi?

Xumarla, Burhanın acınacaqlı sonu bizim üçün bir həyəcan təbili olmalıdır. Niyə gənc kişi arvadını boşamaqdansa, başını kəsir? 

Bu bir daha onu göstərir ki, Azərbaycan cəmiyyətində boşanma qorxusu var. Bu qorxunun nəticəsində də faciələr baş alıb gedir. Çox istəyərdim ki, mütəxəssislər bu məsələni ciddi araşdırsınlar. Bu kimi hadisələr, ölkəmizdə ailə institutunun dərin problemlərini üzə çıxarır. Son nümunə, bu vəhşi qətl hadisəsi bu məsələnin nə qədər ciddi olduğunu göstərir.

Boşanma qorxusunun səbəbləri nədir?

Boşanma, cəmiyyətimizdə hələ də “xoxan” kimi görsənir, tabu olaraq qalır. Çoxumuza bəllidir ki, ailə münasibətlərində yaranan problemlər açıq şəkildə müzakirə edilmir. Niyə? Çünki bizim çoxumuz qarşımızdakını “can qulağı” ilə dinləyə bilmirik. Sadəcə dayanıb gözləyirik ki, (hətta buna da bəzilərinin səbri çatmır) o nitqini bitirsin, mən tez-tələsik ona cavab verim, susdurum. Hətta buna mədəniyyəti çatmayanlar qarşısındakını sözünü elə ağzındaca dondurur. Həmin ağzın üstünə şapalaq vuranlarımız belə az deyil. Bunun isə bir sonu olur – ZORAKILIQ.

Boşanma qərarı qadınları sosial və iqtisadi çətinliklərlə görə, qorxudur. Kişilər isə deyir ki, bu arvad mənimdir, birdən kimsə sonra göz tikər. Və bu ürəkbulandırıcı həyat tərzi işgəncəyə belə çevrilsə, birlikdəliklərini davam etdirirlər.

Hələ bu insanlar boşanma zamanı, əmlak bölgüsü, uşaqların qəyyumluğu və sosial təzyiqləri düşünüb ayrılmağı bir kənara qoyurlar. Bunun adı “yuvanı qorumaq” deyil. Yanlış anlamayın, mən də çox istəyərəm ki, gözəlim məmləkətimdə ailələr dağılmasın. Amma bir münasibət işgəncələrə birgə dözməkdən başqa, heç nə deyilsə, orada artıq YUVA yoxdur.

Deməli belə, bir xəbər adamı olaraq, rəsmi məlumatlara əsaslanıb sizə dəqiq söyləyə bilərəm ki, statistik məlumatlara görə, Azərbaycanda məişət zorakılığı halları artmaqdadır. Təkcə bircə ilin nəticələrinə baxaq. Yəni, bir nümunə kimi - 2018-ci ildə 915 qadın məişət zorakılığına məruz qalıb, onlardan 42-si öldürülüb.

Əziz soydaşlarım, Azərbaycanda boşanmaq üçün məhkəmələr var, bu həyatı birlikdə sevərək yaşaya bilmədiyiniz insanla eyni evdə qalmaq zorunda deyilsiniz. Əziz qadınlarımız, bircə dəfə şiddət gördüyünüz insanla bağlı hərtərəfli düşünün. Ağlınızı, beyninizi zorlayıb bir qərar verin. Qərarlı olun ki, burhanlar tüyğanlara səbəb olmasın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri