Icma.az
close
up
RU
“Başkənd müzakirə mövzusu olmamalıdır” RƏY

“Başkənd müzakirə mövzusu olmamalıdır” RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paşinyanın “mübadilə” təklifi yeni gərginlik yarada bilər

Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyasında Azərbaycan- Ermənistan arasındakı sülh gündəliyinə toxunub. 

O, çıxışında iki ölkə arasında əsas məqsədin gələcək nəsillərə daha aydın və hüquqi əsaslara söykənən sərhədləri olan bir region buraxmaq olduğunu vurğulayıb. Paşinyan delimitasiya prosesinə toxunaraq, xüsusilə Başkənd məsələsinin həlli ilə bağlı müxtəlif variantların nəzərdən keçirilə biləcəyini, o cümlədən ərazi mübadiləsi kimi yanaşmaların istisna olunmadığını bildirib.  

Maraqlıdır, Nikol Paşinyanın Başkənd məsələsi ilə bağlı “mübadilə variantı” açıqlaması beynəlxalq hüquq və delimitasiya prosesində hansı hüquqi mexanizmlərə əsaslana bilər?

Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Alahverdiyev Sherg.az-a bildirib ki, Paşinyanın işlətdiyi bu ifadə delimitasiya prosesinin hüquqi mahiyyətinə işarə edir. Burada məqsəd dövlət sərhədinin sovet dövrünə aid xəritələr, torpaq-kadastr sənədləri, inzibati sərhəd aktları və digər rəsmi hüquqi materiallar əsasında dəqiq müəyyən edilməsidir. Ekspertin sözlərinə görə, kadastr məlumatları torpaq sahələrinin hüquqi statusunu, koordinatlarını və sərhədlərini göstərən əsas sənədlərdir:

“Delimitasiya zamanı bu cür sənədlər mühüm sübut bazası hesab olunur. Paşinyanın Başkəndlə bağlı səsləndirdiyi “mübadilə variantı” fikri hüquqi baxımdan yeni və ya qeyri-adi mexanizm deyil. Beynəlxalq hüquqda dövlətlər arasında sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) zamanı bir neçə hüquqi model mövcuddur və ərazi mübadiləsi onlardan biridir. Beynəlxalq hüquqda dövlətlərin öz aralarında razılıq əsasında sərhədləri dəqiqləşdirməsi, anklav və eksklav problemlərini həll etməsi, müəyyən əraziləri qarşılıqlı dəyişdirməsi mümkündür. Amma Başkənd burada müzakirə mövzusu olmamalıdır. Başkənd beynəlxalq hüquqi baxımdan sovet dövründə Azərbaycan SSR-in tərkibində olmuş eksklav kimi tanınır. Delimitasiya komissiyaları SSRİ dövrünün hüquqi xəritələrinə əsaslanarsa, Azərbaycanın həmin ərazi üzərində hüquqi iddiası gündəmdə qala bilər. Buna görə də “mübadilə variantı” əslində hüquqi zərurətdən çox, mümkün siyasi kompromis modellərindən biri kimi qiymətləndirilir. Unutmayaq ki, Başkəndin statusu yalnız hüquqi məsələ deyil, həm də coğrafi və təhlükəsizlik məsələsidir. Şınıx bölgəsi Ermənistan sərhədinə çox yaxın yerləşir. Başkənd həmin ərazinin daxilində yerləşən anklav olduğuna görə, onun statusu ilə bağlı istənilən qərarın bölgənin nəqliyyat əlaqələrinə, təhlükəsizlik mühitinə və ərazi bütövlüyünə təsiri müzakirə olunur”.

Ə. Allahverdiyev qeyd edib ki, Başkənd üzərində Ermənistan suverenliyinin faktiki bərpası bölgədə yeni keçid və təhlükəsizlik rejimləri yarada bilər. Şınıx və ətraf yaşayış məntəqələrinin nəqliyyat-kommunikasiya əlaqələri mürəkkəbləşə bilər:

“Ermənistan anklavına daimi çıxış dəhlizi yaradılması Azərbaycan ərazisində əlavə hüquqi və təhlükəsizlik məsələləri doğura bilər. Gələcəkdə sərhəd idarəçiliyi və yerli əhalinin hərəkəti ilə bağlı problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, Başkənd müzakirə mövzusu olmamalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri