Basketbol millisinin baş məşqçisi: Lüksemburqla görüş həlledici olacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 2 iyul, AZƏRTAC
Komandada ab-hava yüksək səviyyədədir. İtkilərimiz yoxdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
“Bu gün Lüksemburqla üz-üzə gəlirik. Səhər son məşqimizi etdik. Rəqibin heyətində dəyişikliklər var. Oyunçulara gəlincə, keyfiyyətli basketbolçular görürük. Biz öz sistemimizdən çıxmadan oynamaq istəyirik. Bugünkü görüş həlledici olacaq. Yalnız qələbə düşünürük”, - deyə mütəxəssis bildirib.
İyulun 5-də oynayacaqları İrlandiya ilə matça toxunan məşqçi bu görüşün də asan keçməyəcəyini söyləyib: “Ən böyük üstünlüyümüz evdə oynamağımız olacaq. Azarkeşlərin dəstəyi bizim üçün önəmlidir. Lüksemburq və İrlandiya eyni səviyyəli komandalardır”.
Qeyd edək ki, Lüksemburq – Azərbaycan görüşü bu gün saat 21:00-da start götürəcək.
Baxış sayı:131
Bu xəbər 02 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















