Basketbol üzrə ölkə kuboku start götürür
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Bu gün basketbol üzrə Azərbaycan Kuboku start götürür. Sport24.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Naxçıvan" "Quba" ilə, "Neftçi" isə "Lənkəran"la üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq ilk matçın start fiti saat 17:00-da səslənəcəksə, ikinci görüş saat 20:00-da başlayacaq. Yanvarın 14-də isə "Şəki" - "Sərhədçi" və NTD - "Sumqayıt" oyunları keçiriləcək.
Qeyd edək ki, "Naxçıvan" - "Quba" cütünün qalibi növbəti mərhələdə "Sabah"la, "Neftçi" - "Lənkəran" duelinin güclüsü "Gəncə" ilə üz-üzə gələcək. "Şəki" - "Sərhədçi" matçının qalibi 1/4 finalda "Abşeron Lions"la, NTD - "Sumqayıt" cütünün güclüsü isə "Ordu" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu raundun oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 13 Yanvar 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















