Icma.az
close
up
RU
Başlamasına artıq sayılı günlər qaldı

Başlamasına artıq sayılı günlər qaldı

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Su təsərrüfatı sahəsində ən son texnologiyaları və innovativ həlləri Azərbaycana gətirərək, dövlət qurumlarını, beynəlxalq şirkətləri, ekspertləri və peşəkar ziyarətçiləri bir araya toplayacaq “Baku Water Week” 10–12 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Təşkilatçının yaydığı məlumatda bildirilir ki, regionun ən böyük su tədbiri iştirakçılarına unikal netvörkinq imkanları, ən son texnologiyaların nümayişi və qlobal ekspertlərlə birbaşa dialoq fürsəti təqdim edir.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Bakı Su Həftəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.

“Baku Water Week” qlobal ekspertlərin toplaşdığı, çağırışlar, təşəbbüslər və həll yollarının səsləndirildiyi bir fikir mübadiləsi platformasıdır. Ölkəmizdə ikinci dəfədir ki, baş tutacaq və region, o cümlədən Azərbaycan üçün çox vacib olan bu tədbir bu il də zəngin, maraqlı və eyni zamanda mühüm işgüzar proqramla diqqət çəkir. 

Tədbirin ilk günü təqdimat zonasında “Su təmizlənməsi üçün kompleks həllər” və “Su təchizatı və tullantı sularının obyektlərinin kompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldə edilməsi” adlı təqdimatlar, "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" adlı keys sessiyası, “Xəzər dənizinin mövcud vəziyyəti, problemləri və həll yolları” adlı ekspert sessiyası, həmçinin “Tullantı sularının dayanıqlı idarəolunması - COP29 məqsədləri yolunda” adlı sessiya keçiriləcəkdir. 

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı  - Gələcək üçün su: su qıtlığından strategiyaya doğru

“Baku Water Week 2025”in 2-ci günü - 11 sentyabr tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə keçiriləcək 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı aktuallığı ilə diqqət çəkir. Bakı Ekspo Mərkəzində baş tutacaq konfrans çərçivəsində ötən il olduğu kimi bu il də müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, özəl şirkətlərin rəhbərləri, eləcə də sahə üzrə aparıcı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə geniş və zəngin proqram təqdim olunacaqdır. 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcəkdir. 

Konfrans zamanı “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələri keçiriləcəkdir. 

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı çərçivəsində dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları da imzalanacaqdır. Belə ki,  “ACWA Power” şirkəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında PPP müqaviləsinin, eləcə də “ACWA Power” şirkəti və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu arasında birgə tədqiqat və təcrübə mübadiləsi məqsədilə Anlaşma Memorandumunun imzalanması imzalanması nəzərdə tutulmuşdur.

Bununla yanaşı, konfrans çərçivəsində “Hackathon” müsabiqəsində qalib gəlmiş komandanın təltifetmə mərasimi, həmçinin panel müzakirəsində iştirak edən şirkətlərin mükafatlandırılması mərasimi baş tutacaq. 

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransının qızıl sponsoru “AquaLink Azərbaycan” və "Hidroloq" şirkətləridir.

6-cı Xəzər Su İnnovasiya Forumu

12 sentyabr - “Baku Water Week”in 3-cü günü tədbirin qızıl sponsoru olan  “AquaLink Azərbaycan” şirkətinin təşkilatçılığı ilə 6-cı Xəzər Su İnnovasiya Forumu keçiriləcəkdir. Bu məqam Bakı Su Həftəsinin regionda su təsərrüfatı sahəsində əsas görüş, əməkdaşlıq, eləcə də innovasiyalar və beynəlxalq dialoq platformasına çevrildiyini bir daha təsdiqləyir.  

“Suya dəyər qatırıq” şüarı ilə təşkil olunacaq bu forum zamanı da sahə ilə bağlı mühüm mövzular gündəmdə olacaqdır. Forum çərçivəsində dörd əsas panel müzakirəsi baş tutacaq: “Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri”, “Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri”, “Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti” və “Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi”. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq.  

Bütün bunlarla yanaşı, “Baku Water Week” çərçivəsində dövlət qurumları, özəl sektor və innovativ startaplar arasında əməkdaşlığın inkişafına yönəlmiş B2B və B2G görüşlər də keçiriləcək. Bu görüşlər yerli və beynəlxalq şirkətlərə, eləcə də dövlət qurumlarına əməkdaşlıq imkanlarını müzakirə etmək üçün real platforma təqdim edəcək.

“Baku Water Week”in proqramı ilə daha ətraflı  https://bakuwaterweek.az/az/events-programme internet səhifəsində tanış olmaq mümkündür.

Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.

Bakı Su Həftəsinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. 2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı "Greenwich Travel Club" şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri