Icma.az
close
up
RU
Başqa bağçalardan da mərmi tapıla bilər? AÇIQLAMA

Başqa bağçalardan da mərmi tapıla bilər? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıtda yerləşən 57 saylı körpələr evi-uşaq bağçasında naməlum əşyaların tapılması həyəcanlı anlara səbəb olub. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və mütəxəssislər cəlb edilib, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. İlkin baxış zamanı məlum olub ki, aşkar edilən əşyalar içi boş və istifadəyə yararsız mərmilərdir.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Demokrat.az-a bildirib ki, əşyanın görünüşü və vəziyyəti əsas göstəricilərdən biridir:
"O, zədələnmiş vəziyyətdə ola bilər, aktiv detonator ehtimalı da istisna edilmir, həmçinin bəzi hissələrinin olub-olmaması, paslanma əlamətləri nəzərə alınmalıdır. Bu, hərbi sursat, təlim mərmisi və ya imitasiya məqsədilə istifadə olunan simulyasiya qurğusu da ola bilər.
Ərazidə tikinti və qazıntı işlərinin aparılması, eləcə də əvvəllər hərbi zonanın mövcudluğu əsas risk amillərindən biridir. Məsələn, hazırda uşaq bağçası olan ərazidə əvvəllər hərbi baza yerləşmiş ola bilər. Bu kimi ərazilərdə hər hansı silah və ya sursatın tapılması ehtimalı artır".
O bildirib ki, belə hallarda təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir:
"Silah-sursat, o cümlədən ev şəraitində belə tapıla bilən təhlükəli əşyalar uşaqlar üçün əlçatan olmamalıdır. Təhsil müəssisələrində ərazi dərhal izolyasiya olunmalı, panika yaradılmadan əvvəlcədən müəyyən edilmiş təxliyə prosedurları və toplanış məntəqələri işə salınmalıdır.
Dərhal aidiyyəti qurumlara, yəni 102 xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, ANAMA və digər müvafiq dövlət orqanlarına məlumat verilməlidir. Tapılmış predmetə heç bir halda müdaxilə edilməməlidir. Hadisədən sonra araşdırma aparılmalı, müvafiq akt tərtib olunmalı, risklər qiymətləndirilməli və təhlükəsizlik sahəsində mövcud boşluqlar səbəb və nəticə prinsipi əsasında təhlil edilməlidir. Nəticələrə uyğun olaraq müvafiq protokollar hazırlanmalıdır",- deyə o qeyd edib. 
Ekspert vurğulayıb ki, uşaq bağçası kimi müəssisələrdə bu cür hallar yaşandıqda xüsusi protokollar işə düşməlidir. Ərazi dərhal izolyasiya olunmalı, təşvişə yol vermədən uşaqlar təhlükəsiz yerə təxliyə edilməlidir.
Bundan başqa, tapılan əşyaya heç bir halda toxunmaq olmaz. Dərhal 102 xidmətinə, Fövqəladə Hallar Nazirliyinə və ANAMA-ya məlumat verilməlidir. Hadisədən sonra mütləq qaydada risklər qiymətləndirilməli və təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün rəsmi aktlar tərtib olunmalıdır.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri