Icma.az
close
up
RU
Başqa bir dövrə səyahət: Korfu adasındakı ən qədim kənd (FOTO)

Başqa bir dövrə səyahət: Korfu adasındakı ən qədim kənd (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Dağılmış daş malikanələr, səssizliyə bürünmüş zəng qüllələri və köhnə kilsələr Yunanıstanın Köhnə Peritiya kəndinin mənzərəsini tamamlayır. 

Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, turist və müxbir Emili Rayt bu kəndi ziyarət edərək öz təəssüratlarını bölüşüb.

Qeyd edilir ki, bu kənd Korfu adasının ən yüksək zirvəsi olan Pantokrator dağı yaxınlığında yerləşir. Kənd sıx meşələrlə əhatə olunub və onun tikilməsi dəniz quldurlarının hücumlarından qorunmaq məqsədi daşıyıb.


Köhnə Peritiya XIV əsrə aid çoxsaylı evləri ilə tanınır və Korfu adasının ən qədim yaşayış məntəqəsidir. Emili Rayt qeyd edib ki, XVII əsrin ortalarına qədər kənddə tamamilə əl əməyi ilə tikilmiş 130 ev mövcud olub.

Təxminən 1960-cı illərdə kənd sakinləri Köhnə Peritiyanı tərk edərək sahil bölgələrinə köçüblər. Yalnız 2010-cu ildə kənd yenidən canlanmağa başlayıb, yerli sakinlərin qayıdışı və turistlərin ziyarətləri ilə dolu olub.


Müxbir Emili Rayt bildirib ki, kənddə gəzinti insanı "keçmişə aparır". Onun sözlərinə görə, Köhnə Peritiya həm təbii gözəlliyi, həm də unikal venesiya memarlığı ilə təəccübləndirir. Bununla yanaşı, kənd başqa bir dövrün qorxulu atmosferini də əks etdirir.

Rayt qeyd edib ki, Köhnə Peritiyada müxtəlif kənd ailələrinə məxsus səkkiz qədim və gözəl kilsə qorunub saxlanılıb. Bundan başqa, Yunanıstanın Mədəniyyət Nazirliyi hələ 1966-cı ildə kəndi tarixi abidə kimi tanıyıb.

Kənddə həmçinin, Korfu adasının ənənəvi yeməklərini təqdim edən bir neçə tavernaya rast gəlmək mümkündür. Ziyarətçilər köhnə, yararsız monastırlar yaxınlığında nahar edə və ev şərabından zövq ala bilərlər.


Məlumata görə, son illərdə kənddə bərpa olunan daşınmaz əmlak obyektlərinin sayı 15%-dən 35%-ə qədər artıb. Raytın sözlərinə görə, Köhnə Peritiya izdihamlı turistik yerlərdən uzaqda yerləşir və sakit istirahəti sevənlər üçün ideal məkandır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri