Icma.az
close
up
RU
Başqa qadınla görüşdüyünü etiraf etdi, məni döyməyə başladı

Başqa qadınla görüşdüyünü etiraf etdi, məni döyməyə başladı

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 42 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də Xırdalan şəhərində baş verib. Mingəçevir şəhər sakini, 1984-cü il təvəllüdlü Pərviz həmin gün, gecə saat 23 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Kəmalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb qadının Pərvizə başqa qadınla ünsiyyət saxlaması ilə bağlı irad bildirməsi olub. Həmin səbəbdən aralarında fikir ayrılığı ilə əlaqədar şəxsi münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə baş verib. Pərviz qadını döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
İş üzrə ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2023-cü ilin oktyabr ayında Kəmalə ilə ailə həyatı qurub:
“Lakin rəsmi nikaha daxil olmamışıq. Yalnız dini kəbin nikahlarımız var. Ailə həyatı qurandan sonra müxtəlif ünvanlarda kirayə yaşamışıq. Son bir ildir ki, Xırdalan şəhərində birlikdə kirayə tutduğumuz evdə yaşayırıq. Birgə yaşadığımız vaxtdan aramızda hər hansı ciddi münaqişə və ya mübahisə olmayıb. Mən heç vaxt Kəmaləyə əl qaldırmamışam. Lakin təxminən 4-5 gün əvvəl Kəmalə heç bir əsaslı səbəb olmadan ona xəyanət etdiyimdən şübhələnməyə başladı, tələsik mobil telefonumu yoxladı və orada anam ilə yazışdığımı görərək başqa bir qadınla sevgili münasibətində olduğumu zənn etdi, mənimlə mübahisə salmağa başladı. Lakin onunla hər hansı bir dava-dalaşımız olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin aprelin 3-də, saat 23 radələrində Kəmalə ilə bir daha həmin mövzuya qayıdaraq ondan başqa qadınla münasibətdə olduğunu soruşub: “Mən Kəmaləyə yazışdığımı bildirdim. Lakin kiminlə yazışdığımı dəqiq demədim. Çünki, Kəmalə anam ilə yaxşı münasibətdə olmadığından onun adını çəkmək istəmədim. Bu səbəbə görə Kəmalə mənim başqa qadınla yazışdığımı və münasibət saxladığımı başa düşdü, mənimlə mübahisə etməyə başladı. Mən də Kəmaləyə əsəbiləşərək onu döyməyə başladım. Həmin vaxtı əllərim ilə Kəmalənin hər iki qolundan və əllərindən, sifət və sinə nahiyəsindən vuraraq xəsarət yetirdim”.
Zərərçəkmiş Kəmalənin sözlərinə görə, Pərvizlə birgə yaşadıqları vaxtdan aralarında hər hansı bir ciddi münaqişə və ya mübahisə olmayıb: “Mən hər hansı bir hüquq-mühafizə orqanlarına müraciət etməmişəm. Lakin təxminən məlum hadisədən 4-5 gün əvvəl Pərvizin mənə xəyanət etməsində şübhələndiyimdən onun mobil telefonunu yoxladım və həqiqətən tanımadığım bir qadınla yazışdığını aşkar etdim. Bu minvanla aprelin 3-də, gecə saat 23 radələrində Pərvizlə söhbət edərək başqa qadınla münasibətdə olduğunu soruşdum. O, hər şeyi etiraf edərək başqa qadınla görüşdüyünü etiraf etdi, məni döyməyə başladı. Həmin vaxtı əlləri ilə mənim hər iki əlimdən və qolumdan vuraraq xəsarət yetirdi. Eləcə də yumruq zərbəsi ilə sifətimdən, gözümdən, sinəmdən və bədənimin müxtəlif nahiyələrindən vurdu. Sonra isə əli ilə boğazımdan tutaraq sıxdı. Buna görə də növbəti günü Abşeron Rayon Polis İdarəsinə gələrək ərizə ilə müraciət etdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib,
təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri