Icma.az
close
up
RU
Başqa yerdə bişirilən köhnə yeməklər restoranlara gətirilir və qızdırılıb müştəriyə verilir?

Başqa yerdə bişirilən köhnə yeməklər restoranlara gətirilir və qızdırılıb müştəriyə verilir?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Son zamanlar paytaxtdakı "Xankəndi", "Qurd qapısı", Top Qapı", "Şüa" və s kimi məşhur restoranlar, eləcə də, şadlıq evlərinin mətbəxindəki antisanitar vəziyyətlə bağlı görüntülərə şahid olduq.

Onların bir çoxu ciddi xəbərdarlıqlar alıb cərimə edildi. Hətta bəzisinin rəhbəri barəsində inzibati icraata başlanıldı.

Amm buna baxmayaraq, hələ də antisanitar vəziyyətdə olan xidmət obyektləri qalmaqdadır.Bu azmış kimi hər fürsətdə toy masalarının qiymətləri qaldırılır. Özü nə az, nə çox ildə iki dəfə...

Bəs, ildə iki dəfə toy qiymətlərini artıran bu iaşə müəssisələrinin mətbəxini müştəri görə bilərmi? İstehlakçının buna hüququ varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu, hər bir istehlakçının hüququdur. Müştəri bunu restoran sahibindən tələb edə bilər:

"Azad İstehlakçılar Birliyi xeyli öncə bir layihə çərçivəsində Bakıdakı bir çox restoranlarda monitorinqlər aparmışdı. Çox təəssüf ki, elə əhəmiyyətli layihə biznes qurumları tərəfindən boğuldu. Biz həmin layihə zamanı bir çox restoranlarda zalların mətbəxlə qətiyyən uyğun gəlmədiyini müşahidə etdik.

Şəhərin mərkəzindəki ən bər-bəzəkli zalı olan restoranların mətbəxinin necə bərbad gündə olduğunu gördük. Hətta belə restoranlardan birində mətbəxinin antisanitar olmasıyla yanaşı, başqa yerdə bilşirilən köhnə yeməklərin ora gətirilərək qızdırılıb müştəriyə verildiyinin də şahid olduq.

Biz ifşaedici işlərdən sonra mərkəzdəki restoranlardan yalnız birində mətbəxi göstərən monitor quraşdırılmasına nail olduq. Zalda oturan istehlakçılar mətbəxdə yeməyin necə hazırlandığını bu şəkildə görə bilirlər. Həmin restoran hələ də çalışır. Bəzi ölkələrdə bu yöntəm tətbiq olunur".

Eyyub Hüseynov bildirib ki, onlar istehlakçılara mətbəxini görmək mümkün olan restoranlara üz tutumağı tövsiyə edirlər:

"Biz istehlakçılara çağırış edirik, deyirik o restoranlarda yemək yeyin ki, oranın mətbəxini görmək mümkündür. Şəhərimizdə bir neçə belə restoran var. Onların mətbəxləri açıqdır.

İstənilən müştəri gedib kənardan müşahidə edə bilər. Lakin bir çox restoranlar istehlakçılar ora mikrob sala bilər bəhanəsi ilə mətbəxini bağlı saxlayır və nəticədə fəaliyyəti gözdən iraq olur. Bu sahədə çox ciddi problemlər var. O cümlədən bəzi şadlıq evlərində də vəziyyət belədir. Bu müəssisələrdə tələb çox olduğu üçün istehlakçıya nə desən təklif olunur.

Əlbəttə, burda istehlakçının, toy sahibinin hüququ var ki, mətbəxdə nə baş verdiyini müşahidə etsin. Lakin burda da bəziləri mətbəxlərini bağlı saxlayırlar ki, guya kimsə girsə, oranı çirkləndirə bilər. Təəssüf ki, belə yerlərdə antisanitariya faktları həddən artıq çoxdur".

Birlik rəhbərinin fikrincə, belə halların aradan qaldırırlması üçün Qida Təhlükəsizliyi Agentiyinə xüsusi səlahiyyətlər verilməlidir. Onların bu mənada əl-qolu bağlıdır. Qəfil yoxlama həyata keçirə bimirlər. Çünki yoxlama aparılması üçün prosedurlar həddindən artıq bürokratikdir. Bunun üçün gərək əvvəlcədən obyektə xəbərlarlıq edilsin ki, sizi yoxlamağa gəlirik. Nəyi yoxlayacağıq, və s..

Belə olanda da bu artıq yoxlama yox, elə-belə bir iş olur. Biznes qurumları hökumətin onlar üçün yaratdlğı son dərəcə rahat şəraitdən sui istifadə edirlər.

Ona görə də Qida  Təhlükəsizliyi Agentliynin əsasnaməsinə dəyişiklik edilməlidir. Onlar obyektlərə xəbərdarlıq etmədən, cəld yoxlama aparmaq səlahiyyətinə sahib olmalıdırlar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Aprel 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1192

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see160

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see129

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see109

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Böyük Britaniya onu Ermənistana səfiri təyin etdi

15 İyul 2025 16:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri