Icma.az
close
up
RU
Başqasının evində məskunlaşan köçkünlərin kirayə haqqını kim ödəyəcək? “Qaçqınkom”dan cavab

Başqasının evində məskunlaşan köçkünlərin kirayə haqqını kim ödəyəcək? “Qaçqınkom”dan cavab

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzində uzun illərdir məskunlaşdıqları mənzildən çıxmayan keçmiş məcburi köçkün ailəsi buna görə evin sahibinə 34 min manata yaxın təzminat ödəməli olacaq. 

Bugünlərdə məhkəmə belə bir qərar çıxarıb. Söhbət Nəsimi rayonu, Vaqif prospektində yerləşən bir mənzildən gedir. Qeyd edək ki, bu barədə mətbuatda yer alan məlumatda göstərilir. 

Qeyd edilir ki, evin mülkiyyətçisi A.Musayev əmlakından istifadə edə bilmək üçün 15 ilə yaxındır məhkəmələrdə mübarizə aparır. Bu məsələ hətta Avropa Məhkəməsinə də gedib çıxıb, orada da qərar qəbul olunub. Məcburi köçkünlər evdən könüllü şəkildə çıxmaq istəmədiklərinə görə 2012-ci məhkəməyə üz tutub. 

Nəsimi rayon Məhkəməsi həmin mənzildə məskunlaşmış L.Abbaszadə və digərlərinin məcburi şəkildə oradan çıxarılmasına qərar verib. İllər keçsə də, bu qərar kağız üzərində qalıb. Əmlak sahibi qərarın icra olunmaması ilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edib. 

Bu şikayət araşdırılarkən hökumət barışıq təklif edib, mənzilin boşaldılması ilə bağlı qərarın icra olunması və ərizəçiyə kompensasiya ödənilməsi barədə öhdəlik götürüb. Tərəflər razılaşıblar və Avropa Məhkəməsi 2020-ci ilin martında öz qərarı ilə bunu təsdiqləyib. 

Ancaq bunun da nəticəsi olmayıb, mənzil yenə boşaldılmayıb. Mülkiyyətçi 2025-ci ildə yenidən məhkəməyə üz tutaraq bu dəfə illərdir əmlakından yararlana bilmədiyinə görə əldən çıxmış fayda olaraq təzminat tələb edib. O vurğulayıb ki, həmin ərazidə aylıq kirayə qiymətləri təxminən 1000 manatdır. 

Tələb edib ki, 2021-ci ilin sentyabrından mənzili boşaldılacaq günədək ayda 1000 manatdan hesablanmaqla ona ödənilsin. İşə Nəsimi rayon Məhkəməsi baxıb. Qarşı tərəf məhkəmədə bildirib ki, hazırda Füzuli rayonuna köçürülmələri üçün şərait yoxdur.  Yaşamağa başqa yerləri də olmadığından rayona qayıdanadək bu mənzili tərk edə bilmirlər:

“Dəfələrlə "Qaçqınkom"a müraciət etmişik, ev verilməsi ilə maraqlanmışıq. Füzuli rayonu üçün hələ qeydiyyat yoxdur". 

Məhkəmə hər il üçün kirayə haqqının fərqli hesablanmasına qərar verib. 2021-ci ildə aylıq 500 manatdan olmaqla üç ay (oktyabr, noyabr, dekabr) üçün ümumilikdə 1500 manat hesablanıb. 2022-ci ildə aylıq 620 manat, 2023-cü il üçün aylıq 650 manat, 2024-cü ildə hər ay 680 manat, 2025-ci ildə isə aylıq 750 manatdan götürülüb. 

Beləliklə, 2021-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək olan müddətdə evdə yaşayan keçmiş məcburi köçkünlərin əmlak sahibinə ümumilikdə 33 min 900 manat pul ödəməsinə qərar verilib. 

Ümumilikdə bu kimi problemlər yarandığı təqdirdə Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən hansı addımlar atılır? Kirayədə yaşayan məcburi köçkünün kirayə haqqını dövlət ödəyə bilərmi? “Qaçqınkom” tərəfindən belə problemlə üzləşən məcburi köçkün ailəsini Bakıda başqa evlə təmin etmək mümkündürmü? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən bildirilib ki, ərazilərimizin işğal edilməsindən sonra bir qrup məcburi köçkün başqa vətəndaşlara məxsus mənzillərdə müvəqqəti məskunlaşıb: 

“Əksər mənzil sahibləri qeyd edilən vəziyyətlə bağlı məhkəməyə müraciət edib və mənzillərindən məcburi köçkünlərin çıxarılması ilə bağlı məhkəmələr tərəfindən qətnamələr qəbul edib. Həmin qətnamələr ev sahibləri tərəfindən Ədliyyə Nazirliyinin İcra və probasiya şöbəsi ilə yanaşı, Dövlət Komitəsinə də təqdim edilib, tərəfimizdən müvafiq qaydada qeydə alınıb. 

Qətnamənin icrası ilə əlaqədar keçmiş köçkünə ailə tərkibinə uyğun olaraq, Dövlət Komitəsinin boş mənzil fondundan yaşayış sahəsi təklif edilir. Lakin bu mənzillərdə yaşayan məcburi köçkünlərin böyük əksəriyyəti digər mənzillərə köçməkdən imtina edərək öz doğma yurdlarına qayıtmaq istədiklərini bildiriblər”.
 

Qurumdan eyni zamanda bildirilib ki, işğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür: 

“Başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış ailə köçürüldükdən sonra hazırda yaşadığı mənzil sahibinə təhvil verilir. Keçmiş məcburi köçkünlərin kirayə haqlarının ödənilməsi üçün Dövlət Komitəsinin büdcəsində vəsait nəzərdə tutulmur”.

 Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: köçkünlər kirayə “Qaçqınkom”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri