Icma.az
close
up
RU
Batareyanı dəyişdirmək niyə yeni telefon almaqdan daha yaxşıdır? CAVAB

Batareyanı dəyişdirmək niyə yeni telefon almaqdan daha yaxşıdır? CAVAB

Icma.az, Lent az saytına istinadən bildirir.

Köhnə smartfonların zamanla yavaş işləməsinin əsas səbəbi çoxlarının düşündüyü kimi zəif prosessor deyil, batareyanın köhnəlməsidir. Ekspertlər bildirirlər ki, əksər hallarda yeni telefon almağa ehtiyac olmur, sadəcə batareyanın dəyişdirilməsi cihazın istifadəsini bir neçə il uzada bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, köhnə smartfonların yavaş işləməsinin əsas səbəbi batareyanın deqradasiyasıdır.

Zaman keçdikcə batareyanın tutumu azalır və təxminən üç ildən sonra onun maksimal tutumu 80 faizdən aşağı düşə bilər. Bu isə telefonun daha tez boşalmasına və sistemin sabit işləməsi üçün performansı məhdudlaşdırmasına səbəb olur.

Ekspertlər qeyd edir ki, müasir smartfonların texniki imkanları artıq kifayət qədər güclüdür. Hətta cihaz alındıqdan 2-3 il sonra belə messencerlərdən istifadə, sosial şəbəkələr, video izləmə və internetdə gəzinmə kimi gündəlik tapşırıqları problemsiz yerinə yetirə bilir. Buna görə də yeni modellər çox vaxt istifadəçilər üçün gündəlik istifadədə ciddi fərq yaratmayan kiçik yeniliklər təqdim edir.

Maliyyə baxımından da batareyanın dəyişdirilməsi daha sərfəli hesab olunur. Orta hesabla batareyanın dəyişdirilməsi təxminən 100 dollara başa gəlir. Halbuki müasir flaqman smartfonların qiyməti çox vaxt 1000 dollardan yüksək olur. Bu səbəbdən batareyanın dəyişdirilməsi daha az xərc ilə telefonun istifadə müddətini bir neçə il artırmağa imkan verir.

Əvvəllər smartfon istehsalçıları cihazlar üçün qısa müddətli proqram təminatı dəstəyi təqdim edirdi və adətən yalnız üç əməliyyat sistemi yenilənməsi verirdi. Bu müddətdən sonra cihaz yeni tətbiqlərlə uyğunluğunu tədricən itirirdi və istifadəçilər yeni model almağa məcbur qalırdı.

Hazırda isə vəziyyət dəyişib. Samsung, Apple və Google kimi böyük istehsalçılar ən azı 5 il ərzində sistem və təhlükəsizlik yenilənmələri vəd edir. Bu isə smartfonların əvvəlki dövrlərlə müqayisədə daha uzun müddət aktual qalmasına imkan verir. Bu halda ən tez köhnələn detal əsasən batareya olur.

Ekspertlər batareyanın dəyişdirilməsi zamanı diqqətli olmağı tövsiyə edirlər. Bu prosedur yalnız etibarlı servis mərkəzlərində aparılmalıdır. Keyfiyyətsiz və qeyri-orijinal batareyaların istifadəsi cihaz üçün təhlükəli ola və problemlərə səbəb ola bilər.

Bundan əlavə, mütəxəssislər batareyanı dəyişdirməzdən əvvəl istehsalçının konkret model üçün belə bir dəyişikliyi dəstəklədiyini yoxlamağı məsləhət görürlər. Gələcəkdə isə vəziyyət daha da yaxşılaşa bilər. Bazara daha az köhnələn və daha uzun müddət xidmət edən yeni batareya texnologiyalarının çıxacağı gözlənilir.

Avropa İttifaqı da smartfon istehsalçılarını yenidən çıxarıla bilən batareyalara keçməyə məcbur etmək istəyir. Bu halda istifadəçilər servisə getmədən batareyanı özləri asanlıqla dəyişə biləcəklər. Yeni qaydaların 2027-ci ildə qüvvəyə minməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Mart 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri