Bavariya Almaniya millisinin üzvü ilə müqavilə imzaladı RƏSMİ
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın "Bavariya" klubu Camal Musialanı komandada saxlamağı bacarıb.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi Avropa klublarının transfer siyahısında yer alan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniay millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Bavariya" Camal Musialanı 2019-cu ilin yayında "Çelsi"nin akademiyasından transfer edib. Ulduz futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bavariya Almaniya millisinin üzvü ilə müqavilə imzaladı
21 Yanvar 2025 19:52
Almaniya millisinin üzvü Bavariya da RƏSMİ
27 Yanvar 2025 23:10
“Bavariya” Almaniya millisinin üzvü ilə müqavilə yeniləməyə hazırlaşır
07 Aprel 2025 21:29
Beşiktaş Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı RƏSMİ
17 Yanvar 2025 20:15

