Bavariya çox balanslı və bir çox güclü tərəflərə malik komandadır Arbeloa
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin “Bavariya” ilə keçiriləcək ilk oyunla bağlı gözləntilərini bölüşüb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin yaxşı müvsüm keçirdiyini bildirib:
“Bavariya möhtəşəm mövsüm keçirir. Onların meydanda bizə hansı səviyyədə tələblər qoyacağını bilirik. “Bavariya” ilə qarşılaşmalarımız həmişə xüsusi olub. “Santyaqo Bernabeu” yenidən böyük Çempionlar Liqası gecəsini yaşayacaq. Rəqib çox yaxşı təşkil olunmuş komandadır. Onların oyun üslubu ilə taktiki sxemləri dərhal görünür. Onlar müdafiədə çox aqressiv çıxış edir və rəqibi çətin vəziyyətlərə salırlar. Bütün futbolçular arxada əla işləyir, topa sahib olanda isə cinahlarda istedadlı oyunçular hesabına təhlükə yaradırlar. Fikrimcə, "Bavariya" çox balanslı və bir çox güclü tərəflərə malik komandadır”.
Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 15-də Münhendə baş tutacaq.
saytlarin hazirlanmasi
Baxış sayı:148
Bu xəbər 06 Aprel 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















