“Bavariya“ Keynin dublu ilə “Borussiya Dortmund“ üzərində əzmkar qələbə qazandı
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində "Bavariya" səfərdə "Borussiya Dortmund"u 3:2 hesabı ilə məğlub edib.
Moderator.az xəbər verir ki, oyunun birinci hissəsində Daniel Svenssonun ötürməsindən sonra Niko Şlotterbek meydan sahiblərini hesabda önə keçirib. Fasilədən sonra qonaqlar hesabı bərabərləşdiriblər - qolu Harri Keyn vurub. Daha sonra Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb.
Görüşün sonlarında dortmundlular yenidən hesabı bərabərləşdiriblər. Svensson məhsuldar ötürməsinə əlavə olaraq qol da vurub. Lakin qonaqlar bir daha üstünlüyü ələ alıblar - Yozua Kimmixin qolu "Bavariya"ya qələbə qazandırıb.
"Bavariya" hazırda 63 xalla Bundesliqanın lideridir. "Borussiya Dortmund" isə münhenlilərdən 11 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Növbəti turda "Bavariya" martın 6-da "Borussiya Münheni"i qəbul edəcək. Dortmund təmsilçisi isə martın 7-də səfərdə "Köln"lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 Fevral 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















