Bavariya Olise ilə müqavilənin müddətini uzatmağa yaxındır
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bavariya" Maykl Olise ilə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.
Sportal.az xəbər verir ki, tərəflər 2030-cu ilin yayına qədər qüvvədə ola biləcək saziş üzərində işləyirlər. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Fransalı futbolçunun Münhen klubunu tərk etmək niyyəti yoxdur. O, karyerasını bu komandada davam etdirməkdə qərarlıdır.
Yeni sözləşmənin futbolçunun maaşında əhəmiyyətli artımı nəzərdə tutacağı gözlənilir. Bu, 24 yaşlı vingerin Bundesliqa nəhəngində ən yüksək maaş alan oyunçular sırasına qoşulmasına və Harri Keynlə eyni səviyyədə qazanc əldə etməsinə səbəb ola bilər.
Qeyd edək ki, Maykl Olise cari mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Oktyabr 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















