Bavariya Rodriqo üçün böyük məbləğdə maliyyə ayırmağa hazırdır
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Münhenin "Bavariya" klubu "Real Madrid"in vingeri Rodriqo Qoeslə ciddi maraqlanır və onun transferi üçün rəsmi təklif göndərmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Eduardo İnda "El Chiringuito" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 23 yaşlı braziliyalıya İngiltərənin "Arsenal", "Çelsi" və "Mançester Siti" klubları da elçi düşüb. Hətta "Çelsi" artıq futbolçunun agenti ilə də əlaqəyə girib, lakin "zadəganlar" "Real Madrid"ə rəsmi müraciət ünvanlamayıb.
Madrid klubunun rəhbərliyi açıq şəkildə bildirir ki, onlar yalnız 80 milyon avro və daha yuxarı məbləğdə olan təklifləri nəzərdən keçirməyə razıdırlar. Qeyd olunur ki, bunu nəzərə alan "Bavariya" Rodriqo üçün böyük məbləğdə maliyyə ayırmağa da hazırdır.
Xatırladaq ki, PSJ klubu da Rodriqonun transferində maraqlıdır, hətta gənc futbolçunun agenti ilə danışıqlar da aparılıb və Paris klubu "Real Madrid"in ulduzu üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















