Icma.az
close
up
RU
“Bavariya” son 6 ildə ilk dəfə yarımfinala yüksəldi

“Bavariya” son 6 ildə ilk dəfə yarımfinala yüksəldi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya kubokunda ötən həftə start götürən 1/4 final mərhələsinə bu həftə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə Berlindəki ''Olimpiyaştadion''da 2-ci bundesliqada çıxış edən ''Herta'' bu mövsüm avrokuboklarda iştirak edən ''Frayburq''u qəbul etdi.
Qeyd edək ki, turnirin finalı hər il məhz bu stadionda keçirilir. ''Herta'' bu mövsüm qarşısına həm elitaya qayıtmaq, həm də doğma stadionda final oynamaq hədəfi qoymuşdu. Sonuncu dəfə bu turniri 2002-də qazanan paytaxt təmsilçisi yarımfinala sonuncu dəfə 2015/16-da yüksəlmişdi.
Əsas vaxtı qolsuz başa çatan görüşdə ''Frayburq'' əlavə vaxtda hesabı açmağa müvəffəq oldu. Düzdü, ''Herta'' xarakter nümayiş etdirərək oyunu penalti seriyasına daşımağı bacardı. Amma futbol lotereyasında sevinən qonaqlar oldu. ''Frayburq'' 2022-dən bəri ilk dəfə yarımfinala yüksəldi. 4 il öncə bu komanda finalda oynamış və penalti seriyasında Domeniko Tedeskonun ''Leyptsiq''inə məğlub olmuşdu. 
Bu mərhələnin ən maraqla gözlənilən dueli ikinci oyun gününə təsadüf etdi. ''Bavariya'' bu mövsüm bundesliqada ''Leyptsiq''i 6:0 və 5:1 hesabları ilə darmadağın etmişdi. Düzdü, ''Leyptsiq'' bu dəfə darmadağın olmadı və güclü rəqibinə layiqincə müqavimət göstərdi. Amma komandanın sürprizə gücü çatmadı. Matçın ən mübahisəli anı 28-ci dəqiqəyə təsadüf etdi. Cərimə meydançası xətti üzərində Stanişiçin Nusaya qarşı aşkar kobudluğuna baxmayaraq, hakimin ''Bavariya''nın qapısına penalti təyin etməyə cürəti çatmadı. Elə oyundan sonra ''öküzlər''in çalışdırıcısı Ole Verner də bu epizodu qabardaraq hakimliyin oyunun səviyyəsinə uyğun olmadığını bildirdi.
''Rekordmayster'' ikinci hissədə rəqibin müqavimətini qıra bildi. Maraqlıdı ki, Stanişiçin penalti qazandığı epizoddan cəmi 30 saniyə öncə ''Bavariya''nı qoldan tir xilas etdi! Qazanılan penaltini isə Keyn həmişəki kimi soyuqqanlı şəkildə yerinə yetirdi. Çox keçmədən Olisenin mükəmməl ötürməsini dəyərləndirən Dias yekun nəticəni müəyyənləşdirdi. Qəribə səslənsə də, turnirin 20 qat qalibi olan ''Bavariya'' son 6 (!) ildə ilk dəfə yarımfinala yüksəldi. Bu müddətdə komanda üç dəfə mübarizəni 1/16 finalda, yəni ikinci mərhələdə dayandırmışdı. 
 1/4 final
Bavariya - Leyptsiq 2:0

Keyn, 64-p. Dias, 67.
Bavariya: Noyer, Stanişiç (Laymer, 69), Upamekano, Ta, Devis (İto, 90+4), Kimmix, Pavloviç (Qoretska, 80), Olise, Qnabri (Musiala, 69), Dias, Keyn.
Leyptsiq: Vandevoordt, Baku, Orban, Lukeba (Bitşiabu, 90+4), Raum, Zayvald, Şlager (Banzuzi, 78), Baumqartner (Qomis, 89), Diomande, Nusa (Qruda, 78), Romulo (Harder, 78). 
Herta (D-2) - Frayburq 1:1, p. - 4:5
Rise, 104 - Sudzuki, 96. 
Bu mərhələnin ''Bayer-04'' - ''Sankt Pauli'' (3:0) və ''Holştayn'' (D-2) - ''Ştutqart'' (0:3) oyunları ötən həftə keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri