Icma.az
close
up
RU
“Bavariya”nın budəfəki geridönüşü yalnız 1 xal üçün kifayət etdi

“Bavariya”nın budəfəki geridönüşü yalnız 1 xal üçün kifayət etdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tur yenə Almaniya futboluna könül verənlərə maraqlı, dramatik və məhsuldar oyunlar bəxş etdi.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasına vəsiqə uğrunda amansız mübarizə aparan “Hoffenhaym”la “Ştutqart”ın yolu bu dəfə bir-biri ilə kəsişdi. Şvabiyalılar oyunun gedişində iki top geriyə düşmələrinə və üstəlik 69-cu dəqiqədən azlıqda oynamalarına baxmayaraq, sonda 1 xal qazanmağa müvəffəq oldular. Ancaq bu bərabərlik tərəflərdən heç birinə sərf etmədi. Çünki “Bayer-04” turnir cədvəlində onların hər ikisini üstələdi. Əslində çox qeyri-sabit mövsüm keçirən leverkuzenlilərin son 8 turun 7-də qalib gələn “Leyptsiq”i darmadağın etməsi gözlənilməz oldu. Amma görünür, “öküzlər”in motivasiyasının yüksək olmaması özünü göstərdi. “Bayer-04” 6-cı pillədən 4-cü pilləyə yüksəlsə də, aydın məsələdi ki, ÇL-ə vəsiqə uğrunda mübarizə son ana qədər davam edəcək.
“Böyük beşlik” tarixinin ilk qadın məşqçisi Mari-Luize Eta, nəhayət, xal qazana bildi. Onun rəhbərliyi altında ilk iki oyundan məğlubiyyətlə ayrılan “Union” evdə “Köln”lə 2:2 bərabərə qaldı. Özü də paytaxt təmsilçisi oyunun gedişində iki top uduzurdu. “Auqsburq”un Bremendən, “Hamburq”un isə Frankfurtdan qələbə ilə ayrılması gözlənilməz oldu. Özü də “dinozavrlar” oyunun gedişində məğlub durumdaydılar. 6 oyunluq qələbəsiz seriyaya son qoyan debütant düşmə zonasından uzaqlaşaraq rahat nəfəs aldı. Amma Hamburqun digər təmsilçisi “Sankt Pauli” üçün tur uğursuz alındı. Bu komanda ciddi hədəfi qalmayan “Maynts-05” ilə ev oyununda uduzmaqla elitada qalmaq yolunda çox ciddi zərbə aldı. “Volfsburq”un Frayburqdan xalla dönməsi ilə “Sankt Pauli” sona iki tur qalmış düşmə zonasına gerilədi. Amma “Volfsburq”u növbəti tur “Bavariya”ya qarşı ciddi sınaq gözləyir. Münhen nəhəngindən söz düşmüşkən, son həftələrdə olduğu kimi, bu komandanın oyunu yenə gərgin süjetli bir filmi xatırlatdı. Hər xal uğrunda çarpışan autsayder “Haydenhaym” Münhendə 2:0 önə keçdi və fasiləyə üstün yollandı.
Kompani fasilədə əzəmətli Dias, Olise, Keyn “üçlüy”ünü meydana buraxandan sonra düşünmək olardı ki, “rekordmayster” rəqibini parçalayacaq. Amma Münhen nəhəngi sonda yalnız 1 xalla kifayətlənməli oldu. Özü də Olise “Bavariya”nı məğlubiyyətdən xilas edən qolu 90+10-cu (!) dəqiqədə vurdu. Kvaratsxeliyanın ardından daha bir gürcüstanlı futbolçunun – Zivzivadzenin də münhenlilərlə oyunda dubl etməsi diqqəti çəkdi. “Haydenhaym” üçün mübarizə hələ bitməyib. “Bavariya” bu mövsüm hesabda geridə olduğu oyunlarda 29-cu xalını qazanmaqla “Bayer-04”ün 1999/00-də müəyyənləşdirdiyi rekordu təkrarladı. Mövsümün sonunu zəif keçirən Dortmund “Borussiya”sı Münhenqladbaxda ümidləri doğrulda bilmədi. Xala və qola həsrət qalan “arılar” son 4 turda 3-cü məğlubiyyətlə barışmalı oldu.
32-ci tur
Bavariya – Haydenhaym 3:3

Qoretska, 44; 57. Olise, 90+10 – Zivzivadze, 22; 76. Ərən Dinkci, 31. (75000)
Bavariya: Urbiq, Stanişiç (Dias, 46), Kim Min Ce, Ta (Devis, 77), İto, Laymer, Ndiaye (Keyn, 46), Pavloviç (Kimmix, 46), Qoretska, Musiala (Olise, 46), Cekson.
Borussiya M – Borussiya D 1:0
Tabakoviç, 88. (54042)
Borussiya: Kobel, Ryuyerson (Kouto, 84), Reccyani, Anton, Şlotterbek, Bayer (Scensson, 61), Zabitser, Bellingem (Salih Özcan, 76), İnasio, Brandt (Çukvuemeka, 84), Girassi (F.Silva, 76).
Bayеr-04 – Leyptsiq 4:1
Şik, 25; 76; 89. Tella, 45 – Baumqartner, 80. (30210)
Bayer-04: Flekken, Kalbret (Artur, 77), Kuansa, Andrix, Tapsoba, Qrimaldo, Palasios, A.Qarsiya (Fernandes, 85), Maza (Tillman, 85), Tella (Poku, 77), Şik (Kofane, 90+3).
Leyptsiq: Vandervoordt, Baku, Orban, Bitşiabu (Lukeba, 46), Finkqrafe (Henrixs, 84), Baumqartner, Şlager, Zayvald (Uedraoqo, 65), Diomande, Nusa (Qruda, 46), Romulo (Harder, 65).
Hoffеnhaym – Ştutqart 3:3
Kramariç, 7; 49. Ture, 23 – Fürix, 20. Demiroviç, 64. Tomas, 90+5. (30150)
Ştutqart: Nübel, Vaqnoman (Demiroviç, 55), Jak, Şabo (Mittelştadt, 55), Hendriks, 46), A.Karazor, Ştiller, Levelinq (Tomas, 86), Əl-Xannus (Assinyon, 76), Fürix, Dəniz Undav.
Union – Köln 2:2
Rote, 73. Burku, 89 – Bülter, 33. Əl-Mala, 61. (22012)
Frayburq – Volfsburq 1:1
Linhart 75 – Kulierakis, 55. (32500)
Ayntraxt F – Hamburq 1:2
Can Uzun, 48 – Qrönbek, 51. Vieyra, 59. (59500)
Verder – Auqsburq 1:3
Şmid, 64 – Kade, 24; 45+3. Yakiç, 69. (40000)
Sankt Pauli – Maynts-05 1:2
Sisey, 87 – Tits, 6. Mvene, 40. (29546)
1. Bavariya 32 26 5 1 116-35 83
2. Borussiya D 32 20 7 5 65-32 67
3. Leyptsiq 32 19 5 8 63-42 62
4. Bayer-04 32 17 7 8 66-43 58
5. Ştutqart 32 17 7 8 66-46 58
6. Hoffenhaym 32 17 7 8 64-48 58
7. Frayburq 32 12 8 12 45-53 44
8. Ayntraxt F 32 11 10 11 57-60 43
9. Auqsburq 32 11 7 14 42-56 40
10. Maynts-05 32 9 10 13 41-50 37
11. Borussiya M 32 8 11 13 37-50 35
12. Hamburq 32 8 10 14 36-51 34
13. Union 32 8 9 15 37-57 33
14. Köln 32 7 11 14 47-55 32
15. Verder 32 8 8 16 37-57 32
16. Volfsburq 32 6 8 18 42-67 26
17. Sankt Pauli 32 6 8 18 27-55 26
18. Haydenhaym 32 5 8 19 38-69 23
Bombardirlər: Keyn (Bavariya) – 33, Dəniz Undav (Ştutqart) – 18, Şik (Bayer-04) – 16, Dias (Bavariya), Girassi (Borussiya D) – 15.
Növbəti turun oyunları mayın 8-10-u aralığında keçiriləcək: Köln – Haydenhaym, Ştutqart – Bayer-04, Auqsburq – Borussiya M, Borussiya D – Ayntraxt F, Hoffenhaym – Verder, Volfsburq – Bavariya, Maynts-05 – Union, Lеyptsiq – Sankt Pauli, Hamburq – Frayburq.
Turun rəqəmi
2 – “Haydenhaym”ın “Alyants Arena”da ilk 31 dəqiqədə iki topluq üstünlük yaxalaması sayəsində tarixi bir fakt ortaya çıxdı. Belə ki, bundesliqa tarixində cəmi ikinci dəfə sonuncu pillədə qərarlaşan komanda liderlə səfər oyununda iki top fərqilə önə keçdi. Bunu daha öncə 1964-ün yanvarında “Köln”lə səfər oyununda “Saarbrükken” bacarmışdı. Həmin vaxt 3:1-lik qələbə qazanmasına baxmayaraq ,“Saarbrükken” sonda elita ilə vidalaşmalı olmuşdu.
Turun ulduzu
Patrik Şik (Bayer-04) – çexiyalı forvard mövsümün sonlarına yaxın əla forma yığıb, ardıcıl ikinci dəfə onu turun ulduzu seçirik. Ötən həftə dubl edən yeganə futbolçu bu dəfə het-trik etdi. “Bayer-04” tarixində 100 qol həddini keçən 3-cü futbolçu olan Şik bundesliqanın son 6 turunda artıq 9 dəfə fərqlənib. Yəni o, martın 20-dən bəri “böyük beşlik”də ən çox qol vuran futbolçudu!
Turun sitatı
Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Bizi qeyri-sabit oynamaqda günahlandırırlar. Amma bundesliqada “Bavariya”dan başqa kim sabit oynayır? Digər tərəfdən, baxımlı oyun vacibdi, yoxsa nəticə? Bundesliqa proqnozlaşdırılması mümkün olmayan teatra bənzəyir. Hər həftə hücumameyilli oynamaq və çoxlu qollar vurmaq mümkün deyil. Bizdə nə çatışmır? “Bavariya”da artıqlamasıyla olan, yəni güclü heyət. Bu mövsüm onlar baxımlı oyunla nəticəni birləşdirməyi bacardılar. 32 oyuna 116 qol inanılmaz göstəricidi. Etiraf etmək lazımdı ki, hətta İngiltərənin ən varlı klubları belə bu cür göstərici ilə öyünə bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri