Icma.az
close
up
RU
“Bavariya”nın gənc ulduzu arzusunu dilə gətirməsinə peşman oldu

“Bavariya”nın gənc ulduzu arzusunu dilə gətirməsinə peşman oldu

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Matteus: “Mən də vaxtilə “Real”da oynamaq istəmişdim”

"Football-plus.az" xəbər verir ki, “Bavariya”da və Almaniya futbolunda yavaş-yavaş yeni bir gənc ulduzun yetişməsindən, yəqin ki, xəbərdarsız. Söhbət Lennart Karldan gedir. 2008-ci il təvəllüdlü bu futbolçunun 18 yaşı yalnız fevralın 22-də tamam olacaq. Həm fiziki göstəricilərinə (168 sm), həm solaxay olmasına, həm də oyun tərzinə görə Lionel Messiyə bənzədilən Karl artıq indidən bundesliqa və Çempionlar Liqasında qollar vurmağı bacarıb.
Yanvarın 4-də gənc istedad “Bavariya”nın rəsmi fanqrup üzvləri ilə görüş keçirərək onların suallarını cavablayıb. Həmin görüşdə fanatlardan biri futbolçuya “Bavariya”dan başqa şərəfini qorumaq arzusunda olduğun klub varmı” sualını ünvanlayıb. Karl bəlkə də cavabının nə ilə nəticələnəcəyini bilsəydi, həmin an tam başqa ifadə işlədərdi.
O, bu suala belə cavab verdi: “Bavariya” çox böyük klubdu və burda oynamaq hər kəsin arzusudu. Amma mən bir gün “Real”da oynamaq arzusu ilə yaşayıram. Ümid edirəm ki, bu söhbət bizim aramızda qalacaq”.
Məsələni zarafata salmaq istəməsinə və gülümsəməsinə baxmayaraq, bu söhbət onların arasında qalmadı. Olay ildırım sürəti ilə internetdə yayılmağa başladı. Təbii ki, bu sözlər “Bavariya” fanatlarının xoşuna gəlmədi, onlar sosial şəbəkələrdə gənc oyunçuya qarşı nalayiq, təhqiramiz şərhlər yazmağa başladılar. Məsələ o qədər ciddiləşdi ki, Karl bu açıqlamanın üzərindən 48 saat ötməmiş “instaqram”da şərh bölməsini bağlamalı oldu! Bu qalmaqalın fonunda sosial şəbəkələrdə Lennart Karlın 2018-ci ildə “Santyaqo Bernabeu”da “Real” forması ilə çəkdirdiyi şəkil paylaşılmağa başlandı. Sən demə, 10 yaşı olarkən Karl Madridə yollanaraq “Real”ın akademiyasında baxışdan keçibmiş. Amma o, həmin vaxt bəyənilməmiş və yalnız stadionda xatirə şəkili çəkdirməklə kifayətlənməli olmuşdu.
Təbii ki, Almaniya futbol ictimaiyyəti də bu məsələdən kənar qalmayıb. Bəziləri gənc futbolçunun tərəfini tutubsa, bəziləri bu açıqlamanı onun yaşı ilə əlaqələndirib.
Almaniya futbolunun fəsanəsi Lottar Matteusu dinləyək: “Bu açıqlamanın normal olduğunu düşünürəm. Bu sözlər onun nə qədər özünə güvəndiyini və ambisiyalı olduğunu göstərir. Mən də vaxtilə “Real”da oynamaq istəmişdim. Amma “İnter” məni buraxmamışdı. Bir futbolçu gələcəkdə başqa klubda oynamaq arzusunu dilə gətirirsə, bu, onun indiki klubuna hörmətsizlik kimi qiymətləndirilməməlidi”.
1970-ci illərin ortalarında “Real”da top qovmuş və öz dönəminin önəmli almaniyalı isimlərindən olan Günter Netser də Karlın sözlərinə pozitiv yanaşıb. O bildirib ki, bu, sadəcə, arzudu və gənc futbolçunun qarşısına belə hədəf qoyması təbiidi. Buna bənzər fikirləri “Real”a həm futbolçu, həm də baş məşqçi kimi xidmət etmiş tanınmış almaniyalı futbol adamı Bernd Şuster də dilə gətirib. Ancaq “Bavariya”nın idman direktoru Kristof Froynd Karlın yanlış anlaşıldığını və ertəsi komanda daxilində üzr istədiyini bilidrib. Digər idman direkotru Maks Eberl isə 17 yaşda bir futbolçunun bəzən səhvlər etməsinin normal olduğunu və Karlın səhvini anladığını deyib.
Maraqlıdı ki, Karl fanatlar arasında səsvermədə 45 faiz səs toplayıb və Harri Keyn ilə Maykl Oliseni qabaqlayaraq dekabrda “Bavariya”nın ən yaxşı futbolçusu seçilib. Ən son xəbərlərdə rəhbərliyin bu futbolçuya yeni müqavilə təklif etdiyi deyilir. Fevralda, yəni 18 yaşı tamam olandan sonra onun “rekordmayster”lə müqaviləsi avtomatik 2029-a qədər uzadılacaq. Amma “Bavariya” Karl ilə daha uzunmüddətli anlaşmaq və onun illik maaşını 5-8 milyon avroya qaldırmaq niyyətindədi. Bu futbolçu bu mövsüm iştirak etdiyi 22 rəsmi oyunda hesabına 6 qol, 2 məhsuldar ötürmə yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri