“Bavariya”nın hücumçusu Çempionlar Liqasında Devid Bekhemin rekordunu yeniləyib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 18 sentyabr, AZƏRTAC
Almaniyanın "Bavariya" komandasının və İngiltərə yığmasının hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ilk turunda "Çelsi"yə 2 qol vurmaqla ingilis futbolçular arasında yeni rekordu müəyyənləşdirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı forvard vurulan qolların sayına görə ÇL-nin ən yaxşı ingilis futbolçuları reytinqində birinci yeri tutub.
58 oyunda Keyn 53 xal (42 qol, 11 məhsuldar ötürmə) toplayıb. Bununla da o, “Mançester Yunayted” və “Real Madrid”in keçmiş yarımmüdafiəçisi Devid Bekhemin (52 xal, 16+36) rekordunu qırıb.
“Bavariya” – “Çelsi” oyunu Münxen klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:Devid Bekhemin rekordunu qırdı
18 Sentyabr 2025 15:37
Bavariya Çempionlar Liqasında liderdir
19 Mart 2025 13:29
Bavariya Çempionlar Liqasında rekord müəyyənləşdirib
18 Sentyabr 2025 06:33
Bavariya nın yarımmüdafiəçisi UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb
23 Oktyabr 2025 18:00
“Bavariya” Çempionlar Liqasında yeni rekorda imza atıb
30 Yanvar 2025 03:34
Baxış sayı:118
Bu xəbər 18 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















