“Bavariya”nın Paris kabusu: Yeddinci məğlubiyyət
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün birinci yarımfinal matçında PSJ-yə 4:5 hesabı ilə uduzan Almaniyanın “Bavariya” futbol komandası turnir tarixindəki mənfi statistikasını yeniləyib.
İdman.Biz xəbər verir ki, bu, Münhen klubunun Fransa təmsilçisindən aldığı yeddinci məğlubiyyət olub. Almanlar bu turnirdə yalnız İspaniyanın “Real Madrid” futbol komandasına daha çox (on dəfə) uduzub.
Bu qələbə PSJ üçün xüsusi əhəmiyyət daşıyıb. Parislilər “Bavariya”nı Çempionlar Liqasında altı oyunluq fasilədən sonra ilk dəfə məğlub ediblər. Fransız klubu Münhen təmsilçisinə qarşı son qələbəsini 2020/2021 mövsümündə, 1/4 finalın ilk matçında 3:2 hesabı ilə qazanmışdı.
Parisin “Park de Prens” stadionunda baş tutan qarşılaşma həm də PSJ-nin öz meydanında “Bavariya” üzərindəki uzunmüddətli qələbə həsrətini bitirib. Paris klubu sonuncu dəfə doğma divarlar arasında rəqibini 2017-ci ilin sentyabrında (3:0) məğlub etmişdi. Ümumilikdə isə fransızlar son altı qarşılaşmada ilk dəfə Almaniya nəhənginə qalib gəlməyi bacarıblar.
Qol düellosuna səhnə olan matçda Harri Keyn (17-ci dəqiqə), Maykl Olise (41), Upamekano (65) və Luis Dias (69) “Bavariya”nın qollarını vurublar. PSJ-nin heyətində isə Xviça Kvarasxeliya (25, 56), Usman Dembele (45+5, 58) dubl edib, Jao Neveş (33) isə bir dəfə fərqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 Aprel 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















