“Bavariya“nın ulduz futbolçusu 25 yaşında futbolla vidalaşır?
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bavariya"nın ulduz müdafiəçisi Alfonso Devis yaşıl meydanlarla erkən vidalaşmaq təhlükəsi ilə üz-üzədir.
Moderator.az "TopSkills Sports UK" nəşrinə istinadən xəbər verir ki, kanadalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Atalanta" ilə matçda (6:1) aldığı ağır zədədən sonra peşəkar futbol karyerasını bitirmək variantı üzərində ciddi şəkildə düşünür.
Məlumata əsasən, oyunçunun budun arxa əzələsində yırtıq aşkarlanıb. Hazırda "Bavariya" rəhbərliyi gənc futbolçunu bu radikal qərardan daşındırmaq üçün bütün səylərini səfərbər edib.
Bütün cəhdlərə rəğmən futbolçu butslarını mismardan asmaq qərarında qəti olarsa, Münhen təmsilçisi onun kluba olan yüksək sədaqətini dəyərləndirərək, Devisə komandada xüsusi vəzifə etimad göstərməyə hazırdır.
Xatırladaq ki, 25 yaşlı Alfonso Devis cari mövsüm ərzində "Bavariya"nın forması ilə bütün turnirlərdə ümumilikdə 13 qarşılaşmada meydana çıxaraq iki məhsuldar ötürmə ilə yadda qalıb. İstedadlı müdafiəçinin Münhen klubu ilə mövcud müqaviləsinin müddəti 2030-cu il iyunun 30-da başa çatır.
Baxış sayı:160
Bu xəbər 12 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















