Baxçalı Qarabağa gələcək EKSKLÜZİV
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Qarabağa səfər edəcək.
Modern.az-ın əldə etdiyi məlumata görə, səfər bu ilin iyul ayında planlaşdırılır. Baxçalının işğaldan azad olunmuş ərazilərdə keçiriləcək MÜSİAD toplantısında iştirakı nəzərdə tutulur.
Məlumata əsasən, tədbir çərçivəsində Türkiyə və Azərbaycan iş adamlarının bir araya gəlməsi, azad edilmiş ərazilərdə investisiya imkanlarının müzakirəsi və yeni layihələrin təqdimatı planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl MÜSİAD Azərbaycanın Bakıdakı toplantısında qurumun Azərbaycan üzrə koordinatoru Bahadır Çam bu ilin iyul ayında azad edilmiş ərazilərdə geniş toplantının keçiriləcəyini açıqlamışdı.
Bahçelinin Qarabağa səfəri baş tutacağı təqdirdə, bu, Türkiyədən yüksək səviyyəli siyasi fiqurun azad olunmuş ərazilərə növbəti rəsmi gəlişi olacaq.
Baxış sayı:106
Bu xəbər 03 Mart 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















