Baxıcılıqdan 169 min dollar QAZANIR: Həftədə 14 min dollar cib xərcliyi... VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan bir paylaşım geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, gənc bir qız varlı ailədə baxıcı kimi çalışaraq ayda təxminən 169 min dollar qazandığını açıqlayıb.
O, bildirib ki, gördüyü işi çox sevir və işlədiyi ailə ona olduqca yaxşı münasibət göstərir. Qızın sözlərinə görə, uşaqların valideynləri tez-tez iş görüşləri və toplantılara getdiyi üçün onu da özləri ilə aparırlar. Hətta bəzən uşaqlara baxması üçün onu özəl təyyarə ilə başqa şəhərlərə və ölkələrə aparırlar.
Baxıcı qeyd edib ki, hər həftə uşaqlara 14 min dollar cib xərcliyi verilir. Onun sözlərinə görə, bu pulun çox vaxt yarısı belə xərclənmir. O isə qazandığı pulla özünə bahalı geyimlər və çantalar aldığını bildirib.
Gənc qız həmçinin deyib ki, doğum günündə işlədiyi ailə ona "Ferrari" markalı avtomobil hədiyyə etməyi planlaşdırıb. Onun sözlərinə görə, bəzən uşaqları tıxac səbəbindən məktəbə helikopterlə aparırlar.
Baxıcı əlavə edib ki, ailənin çoxsaylı aşpazları var və onlar dünyanın müxtəlif ölkələrinin mətbəxinə aid yeməklər hazırlayırlar.
Sözügedən paylaşım sosial mediada geniş müzakirə doğurub. Bəzi istifadəçilər bunu inanılmaz həyat tərzi kimi qiymətləndirsə də, digərləri məlumatın həqiqiliyini sual altına alıblar.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 14 Mart 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















