Baxşıyev uduzduqları matçda komandasından məmnun qalıb
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı belə danışıb:
“Maraqlı matç izlədik. Oyunun tempi, dinamikası yaxşı idi. Hər iki komanda ən yaxşısını etməyə çalışırdı. Oyunumuzdan məmnunam. Komanda istədiyim futbolu verməyə çalışırdı. Futbolda bəzən belə də olur. Üstün oynayırsan, amma uduzursan. Yolumuza davam edirik. Bu matçı unudacağıq. Çempionat uzundur, oyunlar fərqlidir. Bir matçda uduzmusan. Nəyə görə ruh düşkünlüyü yaranmalıdır? Komandamız, oyunçularımız möhkəmdir. Məğlubiyyətlər olacaq. Futbolçularıma inanıram. İnanıram ki, onlar ən yaxşısını edəcəklər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 14 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















