Bayağı mahnıların ifası qadağan edildi “Son zəng”lə bağlı QAYDALAR
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bu il Azərbaycanda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri 12 iyun tarixində keçiriləcək.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məzun günü mərasimləri iki saatlıq formatda təşkil olunacaq və saat 08:00-da başlayaraq 10:00-da başa çatacaq.
Qaydalarına əsasən, hər bir şagird tədbirə yalnız bir valideynlə birlikdə qatıla biləcək. Məktəblərdə təhlükəsizlik və nizam-intizamın təmin edilməsi məqsədilə iştirakçı sayına məhdudiyyət tətbiq olunması nəzərdə tutulur.
Eyni zamanda, şagirdlərin mərasimdə məktəb formasında iştirak etməsi məcburi tələb kimi müəyyən edilib.
Tədbir çərçivəsində musiqi seçimlərinə də məhdudiyyət qoyulub. Belə ki, etik normalara uyğun olmayan, “bayağı” hesab edilən musiqilərin ifasına icazə verilməyəcək.
Qaydaların pozulması hallarında məsuliyyət birbaşa təhsil müəssisəsinin rəhbərliyi üzərinə düşəcək və müvafiq inzibati tədbirlərin görüləcəyi bildirilir.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 22 May 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















