Icma.az
close
up
RU
Bayden ABŞ ni müharibəyə sürükləmək istəyir: Bunu 3 cü dünya müharibəsi də adlandırmaq olar ŞƏRH

Bayden ABŞ ni müharibəyə sürükləmək istəyir: Bunu 3 cü dünya müharibəsi də adlandırmaq olar ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Ukraynaya qarşı müharibəsi ABŞ-ı Rusiya ilə münaqişəyə girmək riski qarşısında qoyur.

Bu sözləri Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədi Con Ratkliff deyib.

“Rusiya-Ukrayna müharibəsi davam edir, dağıntılar baş verir və Birləşmiş Ştatların nüvə silahına malik ölkə ilə münaqişəyə cəlb olunma riskini artırır”, - o bildirib.

Ratkliff Çinin qlobal hökmranlığa can atmasını, transmilli cinayətləri, İran və Şimali Koreyanın addımlarını və Yaxın Şərqdəki vəziyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər adlandırıb.


Milli Məclisinin deputatı, Əməkdar jurnalisti Elçin Mirzəbəyli "Sherg.az"a bildirib ki, seçkilərdən sonra Bayden administrasiyasının əsas məqsədinin Donald Trampın hakimiyyət dövrü üçün daha çox problem saxlamaq olduğu göz qabağındadır:


"İndiki şəraitdə Ağ Evin həm Rusiya-Ukrayna münasibətləri kontekstində, həm Cənubi Qafqaz və Yaxın Şərqdəki proseslərlə bağlı atdığı addımlar da məhz buna xidmət edir. Bayden administrasiyası elə bir şərait yaratmaq istəyir ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması və atəşkəsin elan edilməsi faktiki olaraq mümkün olmasın. Son nəticədə isə ABŞ müharibəyə cəlb olunmaq məcburiyyətində qalsın. Yəni söhbət birbaşa müdaxilədən gedir. Bu da artıq NATO və Rusiya arasında qarşıdurma və  qlobal anlamda genişmiqyaslı müharibənin baş tutması deməkdir. Ən azından söhbət iki qitənin iştirakı ilə baş verə biləcək savaşdan gedir. Hətta bunu 3-cü dünya müharibəsi də adlandırmaq olar. Son olaraq Ermənistan və ABŞ arasında imzalanan xartiyanın detallarından və istiqamətlərindən göründüyü kimi, burada məqsəd Tramp administrasiyası üçün geriyə çəkilmə imkanı olmayan miras saxlamaqdan ibarətdir. Eyni yanaşma tərzinin digər istiqamətləri ilə bağlı hazırda Ağ Evin sərgilədiyi mövqeyə münasibətdə də söyləmək mümkündür".


Politoloq əlavə edib ki, Çin, İran və Şimali Koreya ilə bağlı məsələlərə gəldikdə isə bu, daha öncə Trampın bəyan etdiyi kimi onun əvvəlki hakimiyyət dövründə də prioritet və hədəf hesab olunan istiqamətlər olub:

"İndiki şəraitdə bu hədəflərin dəyişmədiyi mənzərəsi var. Həmçinin ABŞ-nin yeni seçilmiş Prezidenti də Çinin qlobal hökmranlığa can atmasını, xüsusilə də iqtisadi baxımdan güclənərək önə çıxmasını qəbul etmir. Bu aspektdən də ABŞ-nin xarici siyasətində Çinin əsas hədəflərdən biri olacağı ehtimalı daha çoxdur. Eyni zamanda İran və Şimali Koreyaya qarşı münasibət Trampın həm ötən hakimiyyəti dövründə, həm də onun seçki kompaniyasında dilə gətirdiyi fikirlərdən də bəllidir. Bununla yanaşı Yaxın Şərqdəki proseslərdə Tramp daha öncə də İsrailin mövqeyini açıq şəkildə dəstəkləyirdi. Bu yanaşmanın Yaxın dövrdə ciddi şəkildə dəyişməyəcəyini gözləyirəm. Bütün bunların özünü qlobal miqyasda hökmran hesab edən gücün, yəni ABŞ-ın maraqlarına təhdid yaratdığını söyləmək mümkündür. Yəni məsələyə beynəlxalq münasibətlər sistemi və ya ədalət prinsipləri çərçivəsindən yanaşmaq doğru olmaz".


Elçin Mirzəbəylinin sözlərinə görə, Ratkliffin fikirləri əslində onun gələcək rəhbəri olan Trampın mövqeyidir:

"Bu qədər önəmli bir postda namizəd göstərilən şəxs ortaq mövqeni və vahid siyasi kursu ifadə edir. Proseslərin ABŞ-yə necə təsir göstərəcəyini söyləmək çox çətindir. Birinci növbədə Rusiya-Ukrayna müharibəsinin dayandırılması əsas istiqamətləri təşkil edir. Digər tərəfdən Yaxın Şərqdə vəziyyətin sabitləşməsi də indiki şəraitdə ABŞ üçün əhəmiyyətlidir. Trampın dövründə Vaşinqtonun sərt addımlar atacağı gözlənilmir. Yəni daha öncə olduğu kimi Qüdsün paytaxt kimi tanınması və s. kimi qıcıqlandırıcı əməlləri olmayacaq. Yeni administrasiya bu məsələdə Türkiyənin də mövqeyini nəzərə alacaq və Yaxın Şərqlə bağlı bu dövlətlə əməkdaşlıq edəcək. Amma Çin və Şimali Koreyaya gəldikdə isə bu məsələdə iqtisadi müstəvidə Amerikanın xarici siyasətində ciddi dəyişikliklər baş verməyəcək. Hətta Çinlə bağlı müəyyən yumşaq sanksiyaların tətbiqi istiqamətində addımlar da ata bilər. Həmçinin rəsmi Pekin üçün Avropa və Amerika bazarının məhdudlaşdırılması da ABŞ-nin hədəfləri sırasında güman edilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri