Icma.az
close
up
RU
Bayden administrasiyası son həmlələrini reallaşdırır

Bayden administrasiyası son həmlələrini reallaşdırır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ-nin maliyyə naziri Canet Yellen Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifen müzakirələr aparıb. Canet Yellen ilk növbədə çinli həmkarını Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya maliyyə dəstəyinin Pekin üçün ciddi nəticələrini olacağını bildirib. O bu açıqlamayla Pekinin Rusiyaya maliyyə yardımını dayandırmağa çağırıb. Tərəflər eyni zamanda hər iki ölkədəki makroiqtisadi dəyişiklikləri müzakirə ediblər. Onlar həmçinin keçən il birgə təsis etdikləri iqtisadi və maliyyə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçiriblər.
ABŞ maliyyə naziri Çinin kiber fəaliyyətlərdən narahatlığını də səsləndirib. O bunun ikitərəfli iqtisadi əlaqələrə mənfi təsir etdiyin vurğulayıb. Bundan başqa amerikalı maliyyəçi Çinin qeyri-bazar üsulllarıyla ticarət aparmasına toxunub. Bu arada, “Wall Street Journal” amerikalı biznesmenlərinin investisiyalarını Çindən başqa ölkələrə köçdüyünü yazıb. Bu durum Pekinin iqtisadi problemləri və Amerika şirkətlərinin Çində uğur qazanmasını çətinləşdirdiyi bir vaxtda təsadüf edib. Donald Trampın Ağ Evə qaydışı da iki ölkə arasındakı iqtisadi münasibətlərə yaxşı heç nə vəd etmir.
ABŞ-ın maliyyə naziri çinli həmkarıyla iqtisadi əlaqələri müzakirə edərkən Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin regional rəqibi olan Hindistana səfər edib. Səfərin məqsədi iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi yollarının müzakirəsi olub. ABŞ və Hindistan hərbi-texniki əməkdaşlıqla yanaşı, mülki kosmos sahəsində də tərəfdaşlığı genişləndirməyi hədəfləyirlər. ABŞ Hindistanda reaktiv mühərriklərin birgə istehsalını planlaşdırıb. Sallivan Dehlidə Çinin yaratdığı çətinlikləri və onların aradan qaldırılmasında Hindistan-ABŞ əməkdaşlığının əhəmiyyətindən danışıb. Sallivan ayrıca, Dehlidə “Birləşmiş Ştatlar və Hindistan: Ortaq gələcəyin qurulması” adlı tədbirdə çıxış edib. O çıxışında regionda daha böyük təhlükəsizliyin təmin edilməsində iki ölkənin əməkdaşlığının rolunu qeyd edib. Ceyk Sallivanın sözlərinə görə, Prezident Baydenin və baş nazir Narendra Modi Çindən asılı olan sektorlarda istehsalı stimullaşdıran milli proqramlara investisiya qoymağı prioritet hesab etdikləri qənaətindədirlər.
Bayden hakimiyyəti Trampa təhvil verdiyinə görə, Hindistanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafıyla yeni administrasiya məşğul olacaq. 2000-ci illərdən başlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın miqyası artıb, vacib olan yarımkeçiricilərin birgə istehsalı proqramları mövcuddur. Amerika və Hindistan startapları hərbi tətbiqlər üçün yeni texnologiyalar hazırlamaq üçün birlikdə işləyirlər. Vaşinqton Hindistanla yanaşı Yaponiya və Cənubi Koreya ilə də strateji müttəfiqliyi yeni səviyyəyə qaldırmaq istəyir. Bu dövlətlər kosmosun birlikdə kommersiya tədqiqatlarına genişləndirməyə çalışırlar.
Elxan Şahinoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri