Icma.az
close
up
RU
Bayden aranı qatır: ABŞdə 2 ay ərzində çox radikal qərarların alınması gözlənilənilir

Bayden aranı qatır: ABŞdə 2 ay ərzində çox radikal qərarların alınması gözlənilənilir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Co Bayden ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Bu barədə “Nyu York Tayms” məlumat yayıb. Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. ABŞ liderinin müşavirləri arasında bu addımla bağlı fikir ayrılıqları olub. Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.


Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Donald Trampın prezident seçilməsindən sonra Co Baydenin belə addımlat atması gözlənilən idi:


“Çünki Trampın prezident seçilməsi Baydenə bir qədər siyasətində dəyişiklik yaratmağa imkan yaradır. Mu mənada Bayden maksimum şəkildə çalışacaq ki, bundan sonra məhz 2 ay ərzində öz siyasətiylə Donald Trampın gələcək siyasətinə kölgə salsın. Yəni Amerika Birləşmiş Ştatlarında 2 ay ərzində çox radikal qərarların alınması gözlənilir. Bu istiqamətdə hazırda atılan addımların şahidi oluruq. Xüsusilə də Co Bayden tərəfindən Trampın Rusiya ilə yaxınlaşma siyasətini baltalamaq üçün addımlar atılacaq. Ümumiyyətlə Co Baydenin Ukraynaya taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsi Vaşinqton və Moskva arasında gərginliyə səbəb olacaq. Hətta Fransa və Almaniyanın da öz ballistik silahlarını Rusiya ərazisinə endirmək üçün Ukraynaya icazə verməsi ilə bağlı məlumatlar var.  Bu savaşın taleyinə müəyyən qədər təsir edə bilər. Amma Trampın komandasında açıqlama verilib ki, Donald hakimiyyətə gəldikdən sonra bu məsələ öz yoluna girəcək və həmin silahların tətbiqi qadağan olunacaq. Ümumiyyətlə 4 ildən bir Amerika Birləşmiş Ştatlarında noyabrda keçirilən prezident seçkilərində hakimiyyətə yeni qüvvə gəlirsə, bundan sonrakı 2 ay ərzində dünya nizamında çaxnaşma baş verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri